Əsas səhifə / Manşet / Baş barmağı böyük olanın, nəyi böyük olar?
Bizi mobildən daha sürətli  izləyin

Baş barmağı böyük olanın, nəyi böyük olar?

elinizin-sekli

Barmaqlarınızın formasına baxaraq xarakterinizin ortaya çıxarmağın mümkün olduğunu bilirdiniz? Qadinklubu.com olaraq, sizə bütün detallarını izah edəcəyik.  Görək, sizin barmaqlarınız hansı tipə uyğundur?

4 tip barmaq vardır:

  1. Dördkünc uclu barmaq

  2. Oval uclu barmaq

  3. İti uclu barmaq

4.Yumru uclu barmaq

1-Dördkünc uclu barmaq: Barmağın ucu və dırnaq tamamilə 4 bucaqlı,  kvadrat formasındadır və kütdür. Bu insanların xəyal aləmləri çox geniş deyil. Buna görə yeniliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Ümumiyyətlə, biraz  dar fikirli insanlar olurlar. Ənənəvi olanı sevirlər. Əntiq və köhnə avtomobilləri sevirlər və sahib olduqları o köhnə mebel və ya əşyaları heç kimlə paylaşmırlar.

2-Oval  uclu barmaqlar:  Bu cür barmaqları olan insanlar, həyatlarında çoxlu  müvəffəqiyyətlər qazanan insanlardır. Sənətçi olmasalar da, yaradıcılıq gücləri olduqca yüksəkdir. Fizik, memar, həkim ola bilərlər və maddəylə əlaqədar mövzularda daha müvəffəqiyyətli olurlar. Ətraf mühitə tez uyğunlaşırlar. Ümumiyyətlə, səbirsizdilər.  Ancaq içdən, səmimi və dürüst insanlardır.

3-İti uclu barmaqlar: Onlar üçün mənəviyyat çox önəmlidir.  Xəyal aləmləri olduqca genişdir. Çox bacarıqlı insanlar sayılmazlar.  Qərar vermə və mübarizə əzmi, digər barmaq sahiblərinə görə daha zəifdir. Lakin, qərar verərkən obyektiv olmağa çalışarlar.

4-Yumru uclu barmaqlar:  Bu tip barmaqlara sahib olan insanlar, çox emosional olurlar. Tez kədərlənib, tez sevinirlər.  Bədii qabiliyyətləri yüksəkdir. Çox isti, səmimi insanlar olurlar. Vəfalı və sevgi dolu insanlardır. Fədakarlıq ediləcəksə, onlar özlərini heç düşünmədən fəda edərlər. Öz rahatlıqları üçün başqalarını narahat etməməyə diqqət edirlər.

Buna da baxın

Yatış formasına görə insanın xasiyyəti

Whatsapp ilə Paylaş Yatış formalarının birbaşa insan xarakteri ilə əlaqəli olduğunu bilirsiniz? Hansı yatış formasının nə …