Əsas səhifə / Manşet / Baumkuxen keksi
Bizi mobildən daha sürətli  izləyin

Baumkuxen keksi

Tərkibi:

  • 6 yumurta
  • 250 qr kərə yağı
  • 200 qr şəkər tozu
  • 10 qr vanil
  • 150 qr un
  • 100 qr qarğıdalı kraxmalı
  • 10 qr qabartma tozu
  • 0.5 qr duz

Qlazur üçün:

  • 100 qara şokalad
  • 100 qr 80 %-li kərə yağı

Qlazurun hazırlanması:

  • Su hahamında kərə yağı və şokaldı əridin. Qatılaşdığında soyumağa qoyun.

Hazırlanması:

Əvvəlcə sobanın ancaq yuxarı istiliyini 250 dərəcədə təyin edin. Unu qabartma tozu və nişasta ilə qarışdırın.Yumurtaların sarısını ağından ayırın. Yumurtanın ağına duz əlavə edərək beze halına gələnə kimi çırpın. Qarışdırmağı saxlamadan şəkər tozunun yarısını da davam edərək qarışdırın. Yumşaldılmış kərə yağını yarısını saxladığımız şəkər tozu və vanillə qarışdırın. Yumurta sarısını da əlavə edərək, qarışdırmağa davam edin. Daha sonra unu əlavə edərək qarışdırın. Yumurta ağı ilə hazırladığımız qarışımı da hissə-hissə əlavə edərək ehmalca qarışdırın. Əldə etdiyiniz qarışımı kalka sərilmiş sinidə əvvəlcədən 250 dərəcədə qızdırılmış sobada üst təbəqəsində 4-5 dəqiqə bişirin.Üzəri qızılı rəng olduğunda sobadan çıxarın. Sobadan çıxardıqdan sonra 3 qaşıq qarışımı üzərinə yayaraq eyni qayda ilə bişirin. Bu üsulla bütün xəmiri bişirin. Yanmamasına diqqət edin. Tam bişdikdən sonra 15 dəqiqə soyumasını gözlədikdən sonra sinidən çıxarın.

Buna da baxın

Lava keksi

Whatsapp ilə PaylaşTərkibi: 120 qr qara şıkalad 74%-li 50 qr kərə yağı 3 yumurta 40 …