Əsas səhifə / Əsas menu / Gözəllik / Baxımlı olmağın 7 qaydası
Bizi mobildən daha sürətli  izləyin

Baxımlı olmağın 7 qaydası

gaBaxımlı olmağın 7 qaydası

Saçlar

Bir qadının üzü hər nə qədər təmiz və gözəl olursa olsun; saçlarının dağınıq və pis olması, digər insanlar tərəfindən yaxşı qarşılanmayacaq. Bu səbəblə saçların baxımı və təmizliyi çox önəmlidir. Ayrıca baş quruluşunuza uyğun bir saç modeli də yaratmalısınız .

Qaşlar

Gözlərin cazibədar və gözəl görünməsini təmin edən qaşlarımızın baxımını da nizamlı olaraq etməliyik. Xüsusilə ən gec 2 həftədə 1 yeni çıxan qaşları təmizləməliyik. Kiçik bir detal olsa da üzə baxıldığında ilk fərq edilən detaldır.

Baxımlı dəri

İsti ya da soyuq havalarda çatlayan üzünüzün baxımını hər gün etməlisiniz. Müxtəlif maskalar və peeling ilə əgər varsa üzünüzdəki ləkələrdən xilas və daha canlı bir dəriyə sahib olacaqsınız. Dəri deyilincə ağla yalnız üz gəlməməlidir, bədənin digər bütün bölgələrinin xüsusilə də qıçların və sinə bölgəsinin baxımı da nizamlı olaraq edilməlidir.

Makyaj

Makyaj onsuz da bir çox qadının imtina edə bilmədiyi bir mövzudur. Lakin makyaj edilərkən bir çox qadın səhvlər edir. Makyaj edərkən qadının üzünü yaxşı tanıması və bütün detallara diqqət edərək, bədəninə ən uyğun makiyajı tətbiqi lazımdır.

Əl və dırnaqlar

Gözəl görünmək üçün əllərin və dırnaqların da baxımlı və sağlam olması lazımdır. Çöldən baxıldığında ilk olaraq əllər və ümumiyyətlə da dırnaqlar ortaya çıxır. Əllərin yumşaq və hamar, dırnaqlar isə təmiz və manikürlü olmalıdır.

Geyim

Makıyaj, dəriyə qulluq və saçlardan sonra; bədənə uyğun bir kombin hazırlanmalı və beləcə gözəllik bir bütünlük çərçivəsində ortaya çıxarılmalıdır. Geyilən paltar və paltarın həm bədənə, həm də yaradılan makyaj və saç stilinə uyğunlaşmalıdır.

Qoxu

Gözəl, bədəninizə uyğun, həm də qalıcı bir ətir istifadə etməlisiniz. Çöldən baxıldığında sizi gözəl və baxımlı olaraq görənlər; yanınıza yaxınlaşdığında da qoxunuzdan təsirlənməlidir. Bu şəkildə tam mənasıyla bir bütün olaraq baxımlı, təmiz və qəşəng bir görünüş qazana bilərsiniz.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …