Əsas səhifə / Manşet / Bayat çörəkdən hazırlanan pizza
Bizi mobildən daha sürətli  izləyin

Bayat çörəkdən hazırlanan pizza

hj

Qadınların şikayətçi olduğu və heç cür dəyərləndirə bilmədiyi bayat çörəklərdən pizza hazırlamağın qaydasını təqdim edirik.

Tərkibi:

1 ədəd bayat çörək
1ədəd pomidor
2-3ədəd yaşıl bibər
Kolbasa və ya sosiska(zövqə görə)
2 ədəd yumurta
50 qram holland pendiri
50 qram adi (duzlu)pendir
Kərəvəz
Yarım çay stəkanı zeytun yağı
Duz,istiot

Hazırlanması:

Əvvəlcə bayat çörəyi nazik formada dilimləyin. Soyulmuş pomidoru, kolbasa və ya sosiskanı küp formada doğrayın. Bibəri, kərəvəzi xırda formada doğrayın. Daha sonra bu qarışıma yumurta və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.

Bunları bir qaba töküb üzərinə rəndələnmiş pendir, duz, istiot əlavə edin. Sobanın tavasına dilimlənmiş çörəkləri düzün. Aralarında boşluq qalmadan sıx formada düzmək daha yaxşı olar. Sonra əvvəlcədən hazırladığınız qarışımı çörək dilimlərinin üzərinə bərabər həcmdə paylaşdırın. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun.

Buna da baxın

Asan hazırlanan , qeyri-adi pizza

Whatsapp ilə Paylaş Asan hazırlanan , qeyri-adi pizza Tərkibi: -1 ədəd çörək – Kolbasa – …