Əsas səhifə / Əsas menu / Praktika / Bayat çörəyin faydaları nələrdir?
Bizi mobildən daha sürətli  izləyin

Bayat çörəyin faydaları nələrdir?

imagesBayat çörəyin faydaları nələrdir?

Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur.
Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.
Bayat çörəyi zibilliyə atmaq olmaz. Birincisi, bayat çörək daha faydalıdır, ikincisi isə cibinizə qənaət etmiş olarsınız.

Bayat çörəkdən necə istifadə etmək olar?

Bayat çörəkləri kotlet qiyməsinin içinə qatın.

Çörək sobada və ya açıqda saxlanılmaqla tam quruduqdan sonra sonra üyüdülüb qalet unu halına gətirilir. Qalet unu kotlet bişirən zaman çörək əvəzinə istifadə oluna bilər.

Bayat çörəyi kub-kub kəsib sobada qızartdıqdan sonra şorbaların içinə əlacə edərək də yemək olar. Bu zaman şorbalar çox dadlı olur.

Bayat çörəyi yumşaltmaq üçün çörək dilimləri bir aşsüzənə yığılır. Daha sonra aşsüzən su dolu bir qazanının üstünə qoyulur, çörəyin üstü isə örtülür. Su qaynamağa başladığı zaman çörək dilimləri nəmlənib yumşalır.

Çörəklər sellofanda saxlanılmalıdır.

Uzun müddətli saxlamaq üçün çörəyi qablaşdırıb soyuducuda saxlayın.

Bayat çörəyin faydaları

Bayat çörəyin arıqlatma və su saxlama xüsusiyyəti var. Bu xüsusiyyəti ilə doyma hissi verir və mədədə toxluq əmələ gəlir. İsti və təzə çörək isə iştahanı açdığı üçün yedikcə doymaq bilmirsən.

Təzə çörəklə müqayisədə bayat çörəyin tərkibində yağ olmadığı üçün arıqlmağa ideal imkan yaradır.

Az miqdarda belə qəbul olunsa, mədədə şişərək toxluq hissi verir. Həmçinin nazik bağırsağı işlədərək həzmi asanlaşdırır.

Az miqdarda bayat çörək insanı tox saxlamaq xüsusiyyətinə malik olduğu üçün mətbəxdə dünəndən qalan çörəyi kələm şorbası və ya daha başqa yüngül, az kalorili şorba ilə yeyə bilərsiniz. Bunun sayəsində həm tox tutan, həm də lif baxımından dəyərli qida olan çörək arıqlamağı asanlaşdıracaq.

Çörəyin saysız-hesabsız çeşidlərində mineral, vitamin və amin turşuları var.

Bayat çörəyin dəriyə böyük faydaları var. Dəridə ləkə əmələ gəlməsinə mane olur, orqanizmin qocalmasını ləngidir

Buna da baxın

Bu qidaları soyuducuda saxlamayın

Whatsapp ilə Paylaş Bəzi qidalar var ki, onları soyuducuda saxlamaq, sağlamlıq və qida dəyərinin azalması …