Əsas səhifə / Manşet / Bayram süfrələrinin bəzəyi – LƏVƏNGİ
Bizi mobildən daha sürətli  izləyin

Bayram süfrələrinin bəzəyi – LƏVƏNGİ

k

Ləvəngi əsasən cənub mətbəxinə aid olsa da, Azərbaycan mətbəxinin ən gözəl nümunələrindən olub bütün bölgələrdə sevə-sevə hazırlanır.

Qadınklubu.com-un məlumatına görə, ləvənginin müxtəlif növləri vardır. Ən geniş yayılanı toyuq və balıq ləvəngisidir.

Toyuq ləvəngisinin hazırlanma qaydası aşağıdakı kimidir:

Toyuq – l əd
Qoz ləpəsi -150 q
Baş soğan – 5 əd orta böyüklükdə
Turş meyvə qurusu və ya lavaşana – 30 – 40 q
Alça turşusu – 1 x.q
Zövqə görə duz, istiot.

Baş soğanı təmizlənib ətçəkən maşından keçirin, ikiqat tənzifdən sıxılıb suyunu atın. Sonra ət maşınından keçirilmiş qoz ləpəsi, isladılıb doğranmış turş meyvə qurusu və ya lavaşana qatıb ləvəngi hazırlayın. Yuyulub – təmizlənmiş toyuğu duzlayıb, istiotlayın. Üstünə və içinə turşu çəkib hazırlanmış içliklə doldurun. Toyuğun budlarını mətbəx ipi ilə və ya çöplə birləşdirib qızdırıcı sobada qızarana qədər bişirin. Süfrəyə verərkən, nar, limon, düzlu xiyar və göyərtilərlə bəzəyin.

lk

Balıq ləvəngisinin hazırlanma qaydası aşağıdakı kimidir:

Kütüm balığı – 1 ədəd

İri baş soğan -1 ədəd

Qoz ləpəsi – stəkan yarım

Palçıq turşu – 2 xörək qaşığı (lavaşanadan istifadə etsəniz lavaşananı əvvəlcədən isti suda həll edin)
Zövqə görə duz, istiot

Balıq ləvəngisi əsasən, kütüm balığından hazırlanır. Əvvəlcə balığı pulcuqlardan təmizləyin, içalatını çıxarıb yuyun. İçini və üstünü duzlayıb istiotlayın. İçlik toyuq ləvəngisində olduğu kimi hazırlanır. (Balığın içinə kürüdən hazırlanmış içlik də əlavə etmək olar. Bunun üçün kürüyə bir qədər qoz və digər ərzaqlar əlavə edin). Balığın içinə və üstünə turşu sürtün. İçini ləvəngi ilə doldurun. Sonra mətbəx ipiylə tikin və yaxud çöplə bərkidin. Hazırlanmış balığı 180˚C qızdırılmış sobada qızaranadək bişirin. Balıq ləvəngisi süfrəyə narşərabla verilir.