Əsas səhifə / Manşet / Bayram süfrələriniz üçün maraqlı resept
Bizi mobildən daha sürətli  izləyin

Bayram süfrələriniz üçün maraqlı resept

hh

Orta əsr müəllifləri qeyd edirlər ki, qaz və ördək ətləri bir-birinə yaxındır.

Bu quşların piyi bir sıra müalicəvi keyfiyyətlərə malikdir. Belə ki, onlardan daxili orqanlarda olan keçilməzlikləri aradan qaldırmaq, qarında yığılan qazları həll etmək, revmatizm və s. üçün istifadə olunur.

Ördək ətinin təbiəti isti və qurudur. Yüksək qidaverici xüsusiyyətlərə malikdir: insanı kökəldir, böyrəkləri piyləndirir. Mədəni təmizləyir, qatı və keyfiyyətli qana çevrilir, ürəyin bərkdən döyünməsinin qarşısını alır, insanın səsini açır.

Bu quşların əti çox yeyildikdə başağrısı törədir, gec həzm olunduğu üçün onları turş və acı ədviyyatlarla (zəncəfil, iskəncəbin, cəfəri, nanə, sirkə) işlətmək məsləhətdir.

Tərəvəz souslu ördək

Tərkibi:

Ördəyin döş əti – 400 qr
Limon şirəsi – 50 ml
Nar – 6 ədəd
Sirkə – 100 ml
Soğan – 2 ədəd
Şəkər – 30 q
Zeytun yağı – 60 ml
Kahı yarpaqları (bəzək üçün)
Zövqə görə – istiot, duz

Sous üçün:

Konservləşdirilmiş yaşıl noxud – 100 qr
Konservləşdirilmiş qarğıdalı – 100 qr
Duza qoyulmuş zeytun – 100 qr
Zirə – 40 qr
Keşniş – 40 q
Sarımsaq – 3 diş
Soğan – 1 ədəd
Bitki yağı – 50 ml
Pomidor – 2 ədəd
Qoz ləpəsi – 100 q
Kərə yağı – 50 q
Təzə keşniş, duz, qara narın istiot, rəngli istiot

Hazırlanma qaydası:

Narı yarı kəsib bir hissəsini bəzək üçün saxlayın, digər hissəsini mikserdən keçirib süzün. Üzərinə şəkər tozu və limon əlavə edin.

  1. Ördəyin ətini nazik doğrayıb dəri tərəfində tavada qızardın, zövqə görə ədviyyat əlavə edin. Qızardıqdan sonra 10 dəqiqə sobada bişirin. Hazır olduqda tavadan çıxardıb soyudun.

  2. Tavadan artıq piyi süzün və sirkə əlavə edin. Sonra əvvəlcədən hazırlanmış nar qarışığını əlavə edin və bir qədər qaynadın. Sonra nar dənələrini də əlavə edin və tavanı kənara çəkib soyudun.

Tərəvəzli sousun hazırlanması:

  1. Doğranmış soğanı və sarımsağı bitki yağında qızardın, doğranmış qoz ləpəsi, keşniş tumu, zirə əlavə edin. Yaşıl noxudu, qarğıdalını və zeytunu qarışdırıb yağ-soğana əlavə edin və bir burum yüngülcə qaynadın, qarışığın üzərinə qabığından təmizlənmiş xırda doğranmış pomudorları, duz, istiot, bibər, keşniş töküb hazır vəziyyətə gətirin. Soyuduqdan sonra üzərinə bu qarışığı (qazanda duzlu suyu bitki yağı ilə qaynadın və kərə yağı əlavə edin) əlavə edin.
    Süfrəyə verilmə qaydası:

Yeməyin veriləcəyi qaba kahı yarpaqlarını səliqə ilə düzün. Ördək ətini yerləşdirib, üzərinə nar sousunu əlavə edin. Üzərini keşnişlə bəzəyin. Yanına tərəvəzli sousu yerləşdirin.