Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Bayram süfrənizi Qabırğa Dolması ilə rəngləndirin
Bizi mobildən daha sürətli  izləyin

Bayram süfrənizi Qabırğa Dolması ilə rəngləndirin

Qabırğa-Dolması

Bayram süfrənizi Qabırğa Dolması ilə rəngləndirin

Tərkibi:

-3 kq qoyun qabırğası
-1,5 su st. düyü
-250 q qoyun əti
-1 ç.q. bəyaz istiot
-1 ç.q. qara istiot
-0,5 qəhvə qaşığı darçın
-1 ç.q. duz
-2 soğan
-0,5 su st. badam
-0,5 dəstə cəfəri

qapağı bərkitmək üçün:

-1,5 st. un
-1 x.q. duz
-1 st su

sous:

-1,5 x.q. qatıq
-1 x.q. kərə yağı
-4-5 budaq rozmarin

Hazırlanması:

Düyünü duzlu suda 10-15 dəqiqə isladın. Qabırğanın üzərini cib kimi kəsin. 1 soğanı xırda doğrayın.

Düyünü, qovrulmuş badamı, istiotu, doğranmış cəfərini, xırda doğranmış quzu ətini, azca duzu, darçını əlavə edib qarışdırın. Quzu qabırğasının içinə doldurun. Ağzını tikin. İri qazana qoyun. Üstünə su tökün. Yanına bir iri bütöv (qabığı təmizlənmiş) soğan qoyun. Qazanın qapağını örtün. Kip olsun deyə un, su və duzdan xəmir yoğurun, qapağın qırağı ilə qazanın ağzına xəmiri yapışdıraraq bərkidin 2 saat vam odda bişdikdən sonra siniyə qoyun. Üzərinə kərə yağı, qatıq, istəsəniz, azca tomat pastasının qarışığından olan sous çəkin. Rozmarin səpin. Sobada üstü qızaranadək bişirin.

Nuş olsun!

Buna da baxın

Ev təmizliyini necə etsək, təmizlikdə nələrə diqqət versək düzgün olar?

Whatsapp ilə Paylaş Ev təmizliyini necə etsək, təmizlikdə nələrə diqqət versək düzgün olar? İndi hər …