Əsas səhifə / Əsas menu / Gözəllik / BB kremi nədir?
Bizi mobildən daha sürətli  izləyin

BB kremi nədir?

gh

Makiyaj etmək amma təbiiliyiniz də qorumaq istəyirsiniz? Üzünüzün parıltısını itirmədən, həm də qüsurların da görünməməsi üçün yollar axtarırsınız?

Elə isə qadınklubu.com sizləri təbii görünüşlü makiyajın əsasını təşkil edən BB kremlə tanış edir. Bu kermlərin üstünlükləri və istifadə qaydaları haqqındakı məlumatlarla siz də tanış olun.

BB kremləri cildi nəmləndirərkək günəş şüalarından qoruyan, eyni zamanda üzdəki qüsurları örtən bir makiyaj vasitəsidir.

Tonal krem yoxsa BB krem?

BB kremdən istifadə etdiyinizdə tonal kremi bir kənara qoymağa ehtiyac yoxdur. Hər ikisinin də işlədilməsinə görə özünəməxsus yerləri vardır. BB kremlər qüsurları örtmək xüsusiyyəti ilə yanaşı həm də, dərini nəmləndirir. Bu xüsusiyyəti ilə tonal kremdən üstünlük təşkil edir. Günlük makiyajınızda BB kremdən istifadə etməyiniz daha təbii görünməyinizi təmin edəcək. Tonal krem isə cildi tam qapatdığına görə xüsusi günlərdə, gecə makiyajlarında əvəzedilməzdir.

Necə istifadə edilməlidir?

BB kremi də tonal krem kimi istifadə etmək lazımdır. Əlinin arxasına bir miqdar BB krem çəkib fırça vasitəsilə dairəvi hərəkətlərlə cildinizə sürtün. BB krem yarı şəffaf olduğundan üzünüzün təbii parıltısını itirmədən təbii görünüşünüzü təmin edir.

Buna da baxın

Kiçik gözləri daha böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq …