Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bel ağrılarından əziyyət çəkənlərə
Bizi mobildən daha sürətli  izləyin

Bel ağrılarından əziyyət çəkənlərə

20140606170202_

Bunun əsas səbəbi osteoxondroz və onun fəsadlarıdır. Bel ağrısı ciddi pozulmanın (məsələn, fəqərəarası disk yırtığı, protruziya və s.) simptomu ola bilər. Bu səbəbdən bu vəziyyətdə düzgün hərəkət etmək lazımdır. Əks halda insanın sağlamlığına daha da böyük ziyan vurulacaq.

Onurğa sütunu xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul olan həkimlər (ortopedlər, vertebroloqlar, neyrocərrahlar) bel ağrısı zamanı bu kimi sadə qaydalara əməl etmək tövsiyə edirlər:

1. Ev aptek qutusunda hər zaman ibuprofen, voltaren, indometasin, aspirin kimi preparatlardan biri olmalıdır. Bu preparatlar belə ağrıları çox tez azaldır. Sadaladığımız dərmanlardan birini qəbul edin.

2. Ağrıyan yerə isti qrelka qoymaq, hər hansı isidən məlhəmdən və s. istifadə etmək olmaz. Bu xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.

3. Ağrıyan yeri dərhal hərəkətsizləşdirmək lazımdır. Bunun üçün osteoxondrozun müalicəsində istifadə olunan xüsusi enli kəmərdən və ya kəmər olmadıqda enli şərf və ya şaldan istifadə edin. Ağrıyan yeri bərk sıxıb bağlayın.

4. Daha sonra rahat vəziyyət tapıb uzanın. Böyrü üstə və ya bel üstə uzanmaq olar.

5. Hal hazırda İnternetdə bel ağrısını “azaldan” xüsusi fiziki hərəkətlər haqqında məlumat tapmaq olar. Həkimlər tutma zamanı istənilən fiziki hərəkətləri qəti surətdə qadağan edir. Belə fiziki hərəkətlərin nəticəsində insanda hətta fəqərəarası disk yırtığı əmələ gələ bilər. Əksinə olaraq ağrıyan yeri hərəkətsizləşdirmək lazımdır. Bu ödemin və ağrının daha tez azalmasına kömək edəcək.

6. Hətta müəyyən müddətdən sonra ağrı tam keçərsə, mütləq həkimə müraciət edin və lazım olan müayinələrdən keçin. Bu xəstəliyin erkən mərhələlərdə aşkar olunmasına kömək edəcək.

Buna da baxın

Ev şəraitində sinənizi böyüdün

Whatsapp ilə Paylaş Əməliyyatsız böyük sinələrə qovuşmaq xəyalınız gerçək ola bilər Mütəxəssislərin rəyinə görə, ideal …