Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bel ağrısını kəsən ədviyyatlar
Bizi mobildən daha sürətli  izləyin

Bel ağrısını kəsən ədviyyatlar

publika.az1435291312baharat

Bel ağrısını kəsən ədviyyatlar

Son vaxtlar bel ağrılarından şikayətlənənlərin sayı artıb. Xüsusilə, oturaq həyat tərzi keçirənlərdə belə ağrılar daha intensiv müşahidə edilir. Nəticədə həmin ağrılar insanın həyat keyfiyyətini aşağı salır. Çox vaxt həkimə müraciət etməkdən çəkinənlər türkəçarələrlə belə ağrıların öhdəsindən gəlməyə çalışırlar. Maraqlıdır ki, çox vaxt buna nail olurlar.

Bəs, görəsən, bel ağrılarına dava-dərmansız çarə ola biləcək bitkilərin siyahısında hansılar var?

Söyüd qabığı

Araşdırmalar sübut edib ki, söyüd ağacının qabığı güclü ağrıkəsicidir. Hətta aspirindən belə daha təsirli olduğu deyilən söyüd qabığını dəmləyib həm içə, həm də belinizə çəkərək masaj edə bilərsiniz.

Muskat qozu

Ağrıları kəsməkdə ən təsirli vasitələrdən biridir. Muskat qozunun yağı, xüsusilə, təsirlidir. 50 ml. zeytun yağı ilə üç damcı muskat qozu yağını qarışdırıb bel nahiyəsinə, ümumiyyətlə, ağrı olan hər bölgəyə gündə 3 dəfə çəkmək lazımdır.

İstiot

Siyahıda önəmli yerini alıb. Bibərə acılıq verən tərkibindəki “kapsaisin” adlı maddədir. Onun tərkibindəki “kapsaisin” nə qədər çox olarsa, bibər də bir o qədər acı olur. Satışda tərkibində kapsaisin olan çoxlu ağrıkəsici kremlər tapmaq olar. Bu kremlərdən ən keyfiyyətli olanını tapıb istifadə edə bilərsiniz.

Özünüz ev şəraitində də ağrıkəsici krem hazırlaya bilərsiniz. Belə ki, 1 xörək qaşığı istiotu zeytun yağı ilə qarışdırıb ağrıyan bölgəyə çəkmək olar. Ancaq bu üsul allergiyası olanlara məsləhət görülmür.

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …