Əsas səhifə / Manşet / Bezə ilə limonlu piroq
Bizi mobildən daha sürətli  izləyin

Bezə ilə limonlu piroq

Tərkibi:

  • 250 qram un
  • 4 x/qaşığı şəkər tozu
  • 1 yumurta
  • 2-3 x/qaşığı xama
  • 120 qram kərə yağı

İçlik:

  • 200 ml su+50 ml (nişasta üçün)
  • 150 qr şəkər tozu
  • 50 ml limon suyu
  • 1 limon qabığı
  • 25 qr kərə yağı
  • 3 yumurta sarısı
  • 3 x/qaşığı qarğıdalı nişastası

Bezə üçün:

  • 3 yumurta ağı
  • 75 qr şəkər tozu
  • 1 çimdik duz

Hazırlanması:

Otaq temperaturunda yumşaldılmış yağı, nişasta, yumurta və xamanı una əlavə edib qarışdırın. Xəmiri siniyə 4-5 sm qalınlığında yayın. Üzərinə çəngəllə dəliklər açdıqdan sonra 20 dəqiqə soyuducuda gözlədin.

İçliyin hazırlanması:

Qazana su, limon suyu, şəkər tozu, sürtgəcdən keçirilmiş limon qabığı və kərə yağını əlavə edin. Qarışımı ocağa qoyub qaynamağa başlayana qədər qarışdırılaraq bişirin. Digər qabda nişastanın üzərinə soyuq su əlavə edib qarışdırın. Nişastanı ocaqdakı qarışıma əlavə edib qarışdırın. Yumurta sarısını çırpın. Üzərinə ocaqdakı qarışımdan az miqdarda əlavə edib bir qədər qarışdırın. Daha sonra təkrar yumurta sarısını qazana əlavə edərək, qarışdıraraq qatılaşana qədər bişirin. Hazır olduqdan sonra otaq temperaturunda soyumasını gözləyin. Soyuducudan çıxardığınız xəmirin üzərinə folqa sərib üzərinə 1 stəkan noxud və ya lobya tökün. Daha sonra əvvəlcədən 220 dərəcə isidilmiş sobada 10 dəqiqə bişirin. 10 dəqiqədən sonra üzərindəki noxudu götürün və yenidən 10 dəqiqə sobada bişirin. Üzəri qızılı rəngdə olduqda artıq bişmişdir. Yumurta ağına 1 çimdik duz əlavə edib qarışdırın. Az-az şəkər tozunu əlavə edərək, bərk bezə əldə edənə qədər qarışdırın. Sobadan çıxardığınız biskvitin üzərinə limonlu məhlulu, üzərinə isə bezəni əlavə edib yenidən sobaya qoyun. 160 dərəcəlik sobada 15 dəqiqə bişirin. Hazır olduqdan sonra otaq temperaturunda soyumasını təmin edin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Bir şərh