Əsas səhifə / Manşet / Beze tortu
Bizi mobildən daha sürətli  izləyin

Beze tortu

Tərkibi:

  • 4 yumurta ağı
  • 200 qr şəkər pudrası
  • Yarım limon
  • Krem üçün:
  • 4 yumurta sarısı
  • 100 qr şəkər tozu
  • 1x/qaşığı kartof nişastası
  • 2ç/qaşığı kakao
  • 2 ç/qaşığı vanil
  • 200 ml süd
  • 200 qr kərə yağı
  • 100 qr keysu (anakard)

Hazırlanması:

Qabın mərkəzinə limon dilimini sürtürük. Yumurtaların ağını sarısından ayırırıq. Yumurtaların ağını qaba əlavə edirik. Mikserlə çırpırıq. Az-az şəkər pudrasını əlavə edərək qarışdırmağa davam edirik. Beze alındıqdan sonra yağlı kağız üzərinə qaşıqla kiçik hissələr düzürük. Hər iki siniyə düzdükdən sonra 120 dərəcə isidilmiş sobada 1 saat müddətinə bişiririk.
Südü ocağa qoyuruq. O isinənə qədər yumurta sarısına şəkər tozu, nişasta, kakao və vanili əlavə edib qarışdırırıq. İsti südü qarışıma əlavə edib qarışdırırıq. Daha sonra yenidən ocağa qoyub qatılaşana qədər qarışdıraraq bişiririk. Hazır olduqdan sonra otaq temperaturunda soyumasını gözləyirik. Keysunu (anakardı) qovururuq. Soyuduqdan sonra xırda hissələrə bölürük. 1 saatdan sonra sinilərin yerini dəyişirik və daha 1 saat bişməsini gözləyirik. Sobanın temperaturunu 100 dərəcəyə təyin edirik. 1 saatdan sonra sobanı söndürüb qapısını açaraq bezelərin soyumasını təmin edirik. Otaq temperaturunda yumşalmış yağı mikserlə qarışdırırıq. Bişirdiyimiz kremi yağa əlavə edərək qarışdırmağa davam edirik. Bezelər tam soyuduqdan sonra servis qabına krem çəkib bezeleri düzürük. Üzərinə keysunu (anakardı) səpirik. Daha sonra hər bezeyə bir qədər krem çəkdikdən sonra digərlərinin üzərinə səpirik. Hər bezedən sonra da keysu (anakard) səpirik. Hazır olduqdan sonra 1 saat soyuducuda gözlədin. Saatdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Şokoladlı ürək pirojnası

Whatsapp ilə PaylaşTərkibi: 2 yumurta 160 qr şəkər tozu 10 qr vanil 100 qr kərə …