Əsas səhifə / Manşet / Bıçaq seçimində bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Bıçaq seçimində bunlara diqqət edin

Bıçaq seçimində bunlara diqqət edin

Mətbəxdə yemək  hazırlamaqda ən yaxın köməkçiniz bıçaqdır. Mətbəxdə olduğunuz müddətdə hər an istifadə edilir. Hər gün istifadə  edilən bıçaqlar illərcə sizlərlə birlikdə olacaq. Odur ki, bıçaq seçimində bəzi məqamlara əhəmiyyət verməlisiniz.

Bıçaq əlinizə uyğun olmalıdır

Alacağınız bıçağın xüsusiyyəti nə olursa-olsun əvvəlcə əlinizə uyğun olub-olmadığına diqqət edin. hamı tərəfindən bəyənilən, məsləhət bilinən bışaq sizin əlinizə uyqun olmaya bilər.

Bıçaqları sınayaraq alın

Alacağınız bıçağı online deyil, mütləq toxunaraq satın alın. Düşündüyünüz bıçaq növü nə olursa-olsun,  müqayisəli şəkildə alın. Bıçağın sapı böyük və ya kiçik gələ bilər. Bıçağı əlinizə aldığınızda qolunuzun bir uzuntası kimi hiss etməlisiniz. Sizin üçün nə çox ağır, nə çox yüngül olmamalıdır. Sınamaq üçün doğrayın. n

Şef  Bıçağı

Mətbəxlərdə ən çox seçilən bıçaqların başında  “Şef Bıçağı” gəlir. Əgər siz də özünüzə ən uyğun bıçağı seçsəniz, sizin də ən yaxşı yoldaşınız olacaq. Şef bıçaqları ümumiyyətlə uzun stildədir. Evdə istifadə  edəcəyiniz şef bıçağının çox uzun olmamasına diqqət göstərin. Beləliklə  çox daha istifadə edə biləcəksiniz.

Çörək Bıçağı

Çörək Bıçağı yalnız çörək kəsmək üçün deyil, pomidor və sitrus meyvələri kəsilərkən də istifadə edə bilərsiniz. Çünki, bu məhsullar mütləq çörək  bıçaqı ilə kəsilməlidir. Beləcə pomidor və  incə qidaların xarici səthi kəsilərkən, yumşaq içi sıxılmamış olar. Bu tip bıçaqlar sərt səthləri rahatlıqla kəsir. Çörək bıçaqları adətən böyükdür. Amma siz əlinizə uyğun bıçağı seçin.

Soymaq üçün  bıçaq

Soymaq bıçaqları çox yaxşı dilimləyən kiçik və incə bıçaqlar olmalıdır. Ayrıca soyma əsnasında nüvələri çıxarmaq üçün ucu iti olmalıdır. Bu bıçağıda mütləq əlinizə uyğun olaraq almalısınız.

Bıçaqları saxlamaq

Mətbəxdəki ən yaxşı yoldaşınıza istifadə etmədiyiniz zaman da lazımlı diqqəti göstərməyiniz lazımdır. Əsla  qabyuyan maşınında yumayın. Bir siyitmədə  tozlu  bir şəkildə saxlamayın.

– Bir bıçaq blokunda  saxlaya bilərsiniz.

– Ya da bir rəfi yalnız bıçaqlar üçün ayırın.