Əsas səhifə / Əsas menu / Gözəllik / Bikini bölgənizdə qızartı varsa… – Gözəllik sirləri
Bizi mobildən daha sürətli  izləyin

Bikini bölgənizdə qızartı varsa… – Gözəllik sirləri

j

Dəri quruması, dişlərin ağardılması, sızanaq müalicəsi kimi bir neçə təbii gözəllik sirləri araşdırılıb.

Qadınklubu.com bu sirlərin bir neçəsini təqdim edir:

Saç tökülməsinə qarşı maya

Maya, zülal və vitamin baxımından saçları həm daxildən həm də xaricdən qidalandırır. Saç tökülməsini kəskin azaldır. Bir paket yaş mayanı bir yemək qaşığı ilıq südlə qarışdırıb saçlarınızın dibinə masaj edin. Maskanı bir saat saxlayandan sonra ilıq suyla durulayın.

Quruyan saçlara badam yağı

Soyuq hava, günəş, dəniz, fen və ya saç boyasından quruyan saçlarınızı canlandırmaq üçün badam yağı istifadə edə bilərsiniz. Tərkibində yüksək miqdarda E vitamini olan bu bitki mənşəli yağ saçlarınızı həm nəmləndirər, həm də gücləndirər. Barmaqlarınızın ucuna bir az badam yağı çəkib nəmli saçlarınıza tətbiq edin.

Göz şişməsinə qarşı yaşıl çay

Əgər yuxusuzluqdan göz ətrafınız şişibsə, anti oksidan təsirli yaşıl çay köməyiniz ola bilər. Yaşıl çayı bir stəkan isti suda dəmləyin. İstifadə etdiyiniz çay paketini soyuducuya qoyub soyuyana qədər gözləyin. Soyuyan çay paketini gözlərinizin üzərində 15 dəqiqə gözlətsəniz gözlərdə olan şişkinlik çəkiləcək. Onuda qeyd edək ki, yaşıl çay ən yaxşı yağ əridən içkidir.

Bikini bölgəsinə çobanyastığı çayı

Bikini bölgəsində təraş və epilyasiyadan sonra qızartı olursa, çobanyastığı çayı kompresi edə bilərsiniz. Çobanyastığı çayını bir stəkan isti suda dəmləyin. Çay paketini istifadə etdikdən sonra soyuducuya qoyun və soyuyana qədər gözləyin. Soyuyan çay paketini bikini nahiyyənizdə 15 dəqiqə saxlayın. Bu qızartılara yaxşı təsir edəcək. Bundan başqa çobanyastığı çayı çox yaxşı sakitləşdiricidir.

Sızanaqlara qarşı çay sodası

Sızanaq maskası olaraq çay sodasını sınasanız möcüzə nəticə əldə etmiş olarsız. Bir çay qaşığı sodanı bir neçə damla suyla isladıb sızanağa çəkin və yarım saat gözləyin. Sonra ilıq suyla durulayın.

Diş ağartmaq üçün çay sodası

Həftədə 1 dəfə çay sodası ilə dişinizi fırçalasanız, dişlərinizin daha ağ və parlaq olduğunu görəcəksiniz.

Buna da baxın

Sızanağı 1 gecədə yox edən üsul

Whatsapp ilə Paylaş Gözəllik bloggeri Farah Dhukai, sızanaqlara qarşı ən təsirli üsulun ikiyə kəsilmiş sarımsaq …