Əsas səhifə / Əsas menu / Gözəllik / Bir az kök xanımlar üçün moda məsləhətləri
Bizi mobildən daha sürətli  izləyin

Bir az kök xanımlar üçün moda məsləhətləri

uBir az kök xanımlar üçün moda məsləhətləri

Bir az ətli-qanlı olmaq gözəl olmadığınız mənasını vermir. Hazırda diqqət mərkəzində olan bir çox dünya ulduzu sübut edir ki, balıq ətli bədən quruluşuna sahib olan qadınlar daha cazibədar hesab edilirlər.

Ancaq belə qadınlar geyimlərini seçərkən çox diqqətli olmaldırlar. Əks halda olduqlarından daha yaşlı və kök görünə bilərlər.

Balıq ətli xanımlar üçün moda mütəxəssislərinin bir neçə məsləhəti:

Bir az qarnınız varsa, bunu gizləməyə çalışmayın. Çünki həddən artıq geniş, bol kəsimli koftalar sizi olduğunuzdan daha kök göstərə bilər.

Alt paltarı seçərkən diqqətli olun. Keyfiyyətli alt paltarları alın. Seçdiyiniz modelin bədən quruluşunuza yaraşdığından əmin olun. Ət alt paltarlarından çölə daşmamalıdır.

Paltarları geyinmədən almayın. Çünki hər brendin təqdim etdiyi bədən ölçüləri arasında fərq olur.

”Crop top” adlandırılan qarın və bel bölgəsini bir az açıqda qoyan kofta modelləri balıq ətli xanımlara çox yaraşır. Hündürbel ətək və ya şalvarla belə koftaları geyinə bilərsiniz.

Belinizi vurğulayan libaslar seçin. Bu sizi daha biçimli və gözəl göstərəcək.

Libasların hansı parçadan tikildiyi böyük əhəmiyyət daşıyır. Sizə hansı parçaların uyğun olduğunu öyrənin. Bədəndəki bütün qüsurları göstərdiyi üçün satin parçadan uzaq durun. Dəri geyimlər alarkən də diqqətli olun.

İri, qalın kəmərlər taxın. Belə kəmər belinizi daha incə göstərəcək və cazibədarlığınızı artıracaq.