Əsas səhifə / Manşet / Bir boşqab qarpız yesəniz…
Bizi mobildən daha sürətli  izləyin

Bir boşqab qarpız yesəniz…

k

Bir boşqabında 50-60 kalori olan qarpız, yayda həm sərinlik verir, həm də şəkərə olan ehtiyacı qarşılayır.

Qadınklubu.com-un məlumatına görə, qarpız Ramazanda da iftar süfrələrində daha çox istifadə olunan meyvələrdən biridir. Bu giləmeyvənin insanların sağlamlıq vəziyyətinə, boy və çəkisinə təsir etdiyini söyləyən, pəhriz mütəxəssisi Serap Gözəl qarpızdan istifadə edərkən diqqətli olmağı vurğulayıb.

Yay fəslində həm yüngül, həm də sağlam bir yemək üçün qarpız gün ərzində qidalarımıza əlavə oluna bilər. Amma qarpızın da tərkibinə hər meyvə kimi fruktoza (meyvə şəkəri) daxildir və kalorili meyvədir. Gündə təxminən 2-3 boşqab qarpız istifadə edilə bilər, amma bu say, qarpızdan istifadə edən şəxsə görə dəyişə bilər. Şəkər xəstələri bu meyvədən çox istifadə etməməlidirlər. Qarpız çox sulu meyvə olduğu üçün böyrək xəstələrinin diqqətlə istifadə etmələri lazımdır. Şəkər xəstələri qarpızdan istifadə edərkən miqdarına diqqət yetirməlidirlər. Çünki meyvə şəkəri, qan şəkərini yüksəldir.

Qarpızın faydaları:

Gündəlik meyvə ehtiyacını qarşılayır.

Lif yaratdığı üçün bağırsaqları işlədir.

Su əmələ gətirdiyi üçün gündəlik istifadə olunan maye ehtiyacını ödəyir.

C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı qoruyucudur, ən yaxşı antioksidant vitaminlərdən biridir.

Qırmızı meyvələr iltihabı azaldır və bu meyvələrin tərkibinə antioksidan xüsusiyyətlərə sahib bəzi flavonoidlər daxildir. Qarpız buna görə, xəstəliklərə qarşı qoruyucu və immuniteti gücləndiricidir.

Qeyd edək ki, qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə qarşı qoruyucudur.

Buna da baxın

Antiperspirantların təhlükəsi

Whatsapp ilə Paylaş İsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və …