Əsas səhifə / Manşet / Bir italyan kimi spaghetti hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Bir italyan kimi spaghetti hazırlayın

j

Spaghetti tez hazırlandığına və bol vitaminliliyinə görə bir çoxlarının seçimidir.

Təbii ki, dadına da söz ola bilməz. Amma bildiyiniz kimi, spaghettinin vətəni İtaliyadır.

Və hər adam da italyalılar kimi spaghetti hazırlamır. Amma qadınklubu.com-un təqdim etdiyi spaghetti hazırlamaqın əsas qaydalarına riayət etsəniz, siz də əsl italyan dadında spaghettini hazırlaya bilərsiniz.

1- Spaghettini mütləq qaynar suda qaynadın. İlıq ya da təzə qaynamağa başlamış suda spaghetti hazırlamayın.

2- Spaghetti əsla soyuq sudan keçirilməz. Qaynadıldıqdan sonra dərhal sousun içinə atıb qarışdırılır. Əks təqdirdə spaghetti xəmir kimi olur.

3- Qaynama suyuna zeytun yağı əlavə etməyin. Bu da spaghettinizin xəmirləşməsinə səbəb olur.

4- Hər spaghettinin al dante (yüngül diri) səviyyəsi fərqlidir. Bəziləri 7, bəziləri 12 və 14 dəqiqədə bişər. Paketin üzərində yazılan müddətə mütləq tabe olmaq lazımdır.

5- Bütün miqdarı bir dəfədə bişirməyin. Boşqab-boşqab qaynatmaq və elə xidmət etmək ən yaxşısıdır.

6- Bir spaghettiyə ediləcək ən böyük səhv ertəsi günə buraxmaqdır. Yeyəcəyiniz qədərini hazırlayın. Geri qalanını əsla soyuducuya qoyub, ertəsi gün yeməyin.

7- Əsl bir İtalyan spagettisi, pomidorsuz (bir növ pomidor sousu), parmesan pendirsiz, şərabsız və sarımsaqsız düşünülə bilməz.

8- Spaghetti çəkəcəyiniz boşqab 1 dəqiqə əvvəl ya qaynar suya tutulur, ya da mikrodalğalı sobaya qoyularaq isti olması təmin edilir.

Buna da baxın

Qadınlarda cinsi istəyi artıran içki

Whatsapp ilə PaylaşQadınlarda cinsi istəyi artıran içki Şərab qadınlarda cinsi istəyi artırır .İtaliyada alimlərin apardığı …