Əsas səhifə / Manşet / Birxep-Bennerin pəhriz sistemi
Bizi mobildən daha sürətli  izləyin

Birxep-Bennerin pəhriz sistemi

ll

Şəxsi sağlamlığını qorumaq hər kəsin ən ümdə vəzifələrindən biridir.

Nizamsız həyat tərzi keçirən və zərərli vərdişlərə malik olan şəxslərin sağlamlığı artıq 20-30 yaşlarında faciəvi xarakter alır. Təəssüf ki, çoxları yalnız bundan sonra sağlamlıq haqqında düşünürlər. Nəticədə tibbin ən yüksək nailiyyətləri belə bu xəstəlikləri sonuna qədər müalicə edə bilmir, yalnız xəstəliyin əmələ gətirdiyi fəsadları aradan qaldırılır. Ona görə də hələ erkən yaşlarından orqanizm rejimə alışdırılmalı və sağlam həyat tərzinə uyğunlaşdırılmalıdır. Unutmaq olmaz ki, hətta zərərli vərdişləri və xəstəliyi olmayanlar da mütəmadi olaraq orqanizmlərinin təmizlənməsinə çalışmalıdırlar. Orqanizmin təmizlənməsi insanın həm də mənəvi, psixi və fiziki durumuna müsbət təsir edir. Bunun üçün ən yaxşı vasitələrdən biri də pəhrizdir.

Məşhur İsveç həkimi Birxep-Bennerin pəhriz sistemi dünyada çox geniş yayılmışdır. Həmin sistemi sizə təqdim edirik:

• 4 gün ardıcıl olaraq ət, balıq, çörək məmulatları, sup, bulyon, şokolad və digər şirniyyatlar, spirtli içkilərdən, papirosdan imtina etmək. Yalnız çiy tərəvəzlərdən, meyvə və göyərtilərdən, meyvə qurusundan, yarpaq dəmləmələrindən, bal, bitki yağları və kartof şirəsindən istifadə etmək.

5-ci gündən başlayaraq yuxarıda sadalananları təkrar etmək şərtilə:

• 5 –ci gün: bir parça qara suxarı;

• 6-cı gün: günorta 2-3 ədəd suda bişmiş duzsuz kartof;

• 7-ci gün: daha 2 suxarı və 0,5 litr qatıq;

• 8-ci gün: 1 yumurta sarısı (çiy halda);

• 9-cü gün: 1 çay qaşığı kərə yağı vı 2 xörək qaşığı kəsmik əlavə etmək və bu menyunu 15-ci günədək davam etdirmək;

• 15 – ci gün 100 qram suda bişmiş ət yemək.

Bundan sonra həftədə yalnız 2 dəfə ət daxil etməklə və həftədə 1 dəfə 1-ci günün rejiminə riayət etməklə özünüzə düzgün qida rejimi qursanız sağlamlığınızı qorumuş olarsınız.