Əsas səhifə / Əsas menu / Sağlamlıq / Həkim məsləhəti / Bitki çaylarını düzgün hazırlamağın qaydası
Bizi mobildən daha sürətli  izləyin

Bitki çaylarını düzgün hazırlamağın qaydası

cay hazirlanmasi

Xüsusilə soyuq qış aylarında xəstəliklərdən qorunmaq üçün tez-tez istifadə edilən bitki çayları hazırlayarkən diqqətli olmalıyıq.

Prof. Münəvvər Sökmen diqqəti bəzi məsələlərə yönəldib.

Qadınklubu.com həmin lazımi məsləhətləri təqdim edir.

Hər şeyi qarışdırmayın…

Hər bitkinin tərkibindəki aktiv maddənin fərqli olduğunu deyən Sökmen: “Bir bitkinin verdiyi xeyiri, digər bitki bəzən dəstəkləyə, bəzən isə dəstəkləməyə bilər. Buna görə də məqsədsiz hər şeyi qarışdırıb istifadə etmək yanlışdır. Biz buna birgə fəaliyyət deyirik. Məsələn, cökə kimi qaraciyərə təsiri olan bitki ilə bərabər, onun təsirini azalda bilən başqa bir bitkini yalnışlıqla istifadə etmək yolverilməzdir. Hətta bəzi hallarda əks təsir göstərib, pis nəticələnə bilər”,-deyə qeyd edib.

                                                            ccayin hazirlanmasi 2

Bitki çaylarının hazırlanması prossesinin vacib olduğunu qeyd edən Sökmen: “Bitki çayları hazırlayarkən keyfiyyətli  çini dəmlik ya da fincan işlətməli, xüsusilə, uçucu maddələri olan bitki çaylarında qapalı fincandan istifadə edilməsi məsləhətdir. Çini dəmliyə əvvəlcə bitkini töküb üzərinə lazımi qədər su tökülür. Əsasən bir çay qaşığı quru və ya bir ovuc təzə  bitki üçün 250 mll. su lazımdır”.

cay hazirlanmasi

“Ləzzətlə içiləcək çay, qaynadılmış suya tökülərək, tez götürülüb içilə bilər. Lakin müəyyən xəstəliklərə görə içilərsə bitkilərin tərkibindəki şəfalı maddələrin suya qarışması üçün daha uzun müddət-təxmini 15 dəqiqə gözləmək lazımdır. Səhər, günorta və axşam bir fincan içilir. Bəzi çayları çox içdikdə əks təsir göstərə bilər. Hər şeyin artığı zərərdir”.

cayin hazirlanmai 1

Qış fəslində çay 

Sökmen bu mövsümdə 3 zəncəfil, 5 ç.q. limon suyu, 1 ç.q. quru kəklik otu, 1 ovuc təzə bibər yarım litr su ilə qaynadıb hazırlanan çayın içilməsini məsləhət görür.

Buna da baxın

Sadəcə üzünüzə çəkin və…

Whatsapp ilə Paylaş Aloea-vera bitikisi olduqca faydalı müalicəvi bir bitkidir. Nəinki kosmetik vasitələrdə, eyni zamanda …