Əsas səhifə / Manşet / Boğaz ağrısından xilas olmanın ən təbii üsulları…
Bizi mobildən daha sürətli  izləyin

Boğaz ağrısından xilas olmanın ən təbii üsulları…

jQış aylarında hardasa hamının qarabasmasına çevrilmiş boğaz ağrısı üçün müxtəlif növlü müalicə üsulları axtarırıq.

Kimisi siroplardan və dərmanlardan, kimisi də xalq təbabətindən yararlanır. Qeyd edək ki, boğaz ağrısının keçməsini təmin etmək və mikrobları öldürmək üçün qarqara ən sadə və təsirli bir üsuldur. Əgər boğazınız ağrıyırsa siz də evdə hazırladığınız bu qarqaralarla boğazınızı sağalda bilərsiniz.

Duz və Su

1 stəkan ilıq suda 1 çay qaşığı duzu həll edin. Əgər evdə varsa, dişlərinizi fırçaladıqdan sonra istifadə etdiyiniz ağız qarqarasından da 1 xörək qaşığı əlavə etsəniz boğazınızdakı mikroblar məhv olacaq. Hər dəfə istifadə etmək üçün bu qarqaranı təzə hazırlayın.Əsla bu suyu udmayın.

Limon və su

Bir stəkan suda 1 çay qaşığı limon suyunu qarışdırın. Bu su ağzınızı buruşdurursa da şişmiş boğazınızdakı badamcıqların şişinin yatmasına kömək edəcək. Eyni zamanda boğazdakı mikroblar üçün mikroblar üçün turş, yəni, əlverişsiz şərait yaradacaqdır.

Suyun içinə bal, limon və zəncəfil qatın

Yarım stəkan suyun içinə 1 çay qaşığı toz zəncəfil tozu, bal və yarım limon suyu əlavə edin. Hamısını qarışdırdıqdan sonra qarqara edin. Bal boğazınızı əhatələrək antibekterial bir şərait yaradacaq.

Acı istiot sousu (tomatı) və su

Acı istiotun tərkibindəki capsicum adlı maddə ağrını xəfiflədəcək və iltihabın qarşısını alacaq. Boğaz ağrısını azaltmaq üçün 1 stəkan suyun içinə 5 dənə acı qırmızı istiot və ya istiot sousu əlavə edin. Boğazınız yanacaq amma hər 15 dəqiqədən bir təkrar etsəniz faydasını görəcəksiniz.

Adaçayı və su

Adaçayı da boğaz ağrısını xəfiflədir və burunağrısı ya da şişkinliyini azaldır.1 çay qaşığı adaçayı, yarım çay qaşığı zəy, yarım fincan qəhvə rəngli şəkər, biraz sirkə və suyu qarışdırıb qarqara hazırlayın.

Zəfəran və su

Bu sarı ədviyyat mükəmməl bir antioksidandır. Alimlər zəfəranın bir çox ciddi xəstəliklərdə güclü təsirlərə malik olduğunu deyirlər. Boğaz ağrısı üçün yarım çay qaşığı zəfəran və yarım şay qaşığı duzu 1 stəkan isti suda qarışdırıb qarqara edin.

Cücərmiş buğda suyu

Xlorofillə zəngin olan buğda suyu bakteriyaların əmələ gəlməsinin qarşısını alır və boğaz ağrınızı azaldır. 5 dəqiqə bu suyu ağzınızda saxlasanız zəyifləmiş diş ətiniz yenidən canlanmasına və diş ağrınızın keçməsinə səbəb olar.

Qərənfil çayı

Suyun içinə 1-3 çay qaşığı qərənfil tozu və ya qərənfil toxumu əlavə edib qarışdırdlqdan sonra qarqara edin. Qərənfilin boğaz ağrınızı azaldan və yaxşılaşdıran antibakteriyal və anti-iltihab kimi təsirə malikdir.

Pomidor suyu

Boğaz ağrınızın müvəqqəti olaraq sağalması üçün isti suya yarım stəkan pomidor suyu və 10 damla acı istiot sousu əlavə edib qarqara edin. Likopenin antioksidan xüsusiyyətləri boğaz ağrınızın daha tez sağalmasına kömək edəcək.

Yaşıl çay

Təbii olaraq infeksiyalarla mübarizə aparan maddə kimi bilinən yaşıl çay boğaz ağrısında da təsirlidir. Boğazınızdakı hər hansı mikrobu məhv etmək üçün yaşıl çayı dəmləyin və qarqara edin

Alma sirkəsi və duz

Pis öskürəyiniz var və boğazınız bu səbəbdən ağrıyırsa alma sirkəsini sınayın. Çünki turş şəraitdə mikroblar qalmaz. Bir stəkan ilıq suya 1 xörək qaşığı alma sirkəsi və bir qaşıq duz əlavə edin boğazınız ağrıdıqca gündə 3-5 dəfə qarqara edin. Daha yaxşı effekt əldə etmək üçün yarım stəkan alma sirkəsində yarım stəkan balı qarışdırın və 4 saatdan bir 1 xörək qaşığı yeyin

Ekinezya və su

Maye halında olan bitki tərkibli ekinezyadan 2 çay qaşığı bir stəkan suya əlavə edib gündə 3 dəfə qarqara edin. Ekinezya boğaz ağrınızı sağaltmaqdan başqa həm də mikroblarla mübarizədə imunnitedinizi də möhkəmləndirir.

Meyan kökü və su

Meyan kökləri boğaz ağrısını xəfiflədər və öskürəyi əmələ gətirən bəlğəmin qarşısını alar. Bir stəkan suya 1 çay qaşığı meyan kökü siropu ya da tozunu əlavə edib qarqara edin.

Moruq çayı

Moruq çayı qədimdən bəri qripdən ən ağır yaralara qədər bir çox xəstəliklərin müalicəsi kimi bilinən ev üsulu metoddur. Bir stəkan qaynadılmış suya 2 çay qaşığı qurudulmuş çay yarpağı əlavə edin.10 dəqiqə dəmləyin və ilıq formada qarqara edin.

Buna da baxın

Sarımısaqlı təbii qrip dərmanının hazırlanması

Whatsapp ilə Paylaş Mütəxəssislər qeyd edirlər ki, sarımsaq insan bədənindəki narahatlıqların önəmli dərmanlarından biridir. Əsrlərdən …