Əsas səhifə / Əsas menu / Xəbər / Bollivud ulduzu beş il həbs cəzası aldı
Bizi mobildən daha sürətli  izləyin

Bollivud ulduzu beş il həbs cəzası aldı

yuBollivud ulduzu beş il həbs cəzası aldı

Hindistan məhkəməsi Bollivud ulduzu Salman Xanı ölümlə nəticələnən yol qəzası törətdiyinə görə beş il müddətinə həbsə məhkum edib. Hadisə 2002-ci ildə baş versə də, o vaxt Mumbayın mərkəzində törətdiyi qəzadan sonra olay yerindən qaçıbmış.

Bu haqda BBC News məlumat yayıb. Həlak olan kişi Salman Xanın sükanı arxasında olduğu avtomobili üzərinə sürdüyü beş nəfərdən biri olub. Sonradan aktyor qəsdən adam öldürməkdə təqsirli bilinib. Baxmayaraq ki, Xan sükan arxasında özünün deyil, sürücüsünün olduğunu söyləyib, hakim bu versiyanı rədd edib, avtomobili məhz, Salman Xanın, özü də sərxoş vəziyyətdə idarə etdiyini və polisdən də bu səbəbdən qaçdığını bəyan edib.

Bollivud ulduzunun vəkilləri Salman Xana məhkəmənin hökmündən şikayət etməyi məsləhət biliblər. Müşahidəçilər hesab edirlər ki, məhkəmənin sərt hökm çıxarmasının əsas səbəbi, Salman Xanın adının çoxsaylı qalmaqallarda hallanmasıdır. KİV-lər ona hətta “pis oğlan” adını veriblər.

Belə ki, 2001-ci ildə ekranlara çıxmış və Xanın baş rolda oynadığı “Özgə övladı” filmi etiraz aksiyaları ilə yadda qalmışdı: söhbətlər gəzirdi ki, həmin filmin çəkilişini mafioz klanlardan birinin rəhbəri Bharata Şah maliyyələşdiribmiş. Bu səbəbdən bir çox kino-teatrlar həmin filmi nümayiş etdirməkdən imtina etmişdi.

Hələ bundan əvvəl, 1998-ci ildə “Bizi ayıra bilməzlər” filminin çəkilişləri zamanı Salman Xan və daha dörd aktyor qoruqda qanunsuz ov etdiklərinə və iki antilopu öldürdüklərinə görə həbs olunmuşdular. Həmin məhkəmə işi düz 14 il çəkmişdi.

2007-ci ildə Londondakı Madam Tüsso Muzeyində mum fiqurunun yaradılması ilə bağlı hindistanlılar arasında keçirilən internet-sorğuda Salman Xan böyük səs çoxluğu ilə qalib gəlmişdi. Onun mum fiqurunun təqdimatı 2008-ci il yanvarın 15-də baş tutmuşdu. Boxofficeindia.com saytının məlumatına görə, Salman Xan Hindistanın ən populyar aktyoru hesab edilir.


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …