Bizi mobildən daha sürətli  izləyin

Boranı aşı

Boranı aşı

Tərkibi:

-500 qr. düyü
-750 qr. boranı
-3 x.q. duz
-sarıkök
-2 x.q. xama
-20 qr. kərə yağı
-80 qr. ərinmiş yağ
-1 yumurta

Hazırlanması:

3 l su qaynadın.  3 x.q. duz əlavə edin. Su qaynayanda düyünü tökün, arada qarışdıra-qarışdıra, yarımbişmiş hala gələndə, kubik doğranmış boranını əlavə edin, qarışdırın, 3 dəqiqə bişirin.Süzün.

1412019477_9

1412019421_10

Boranı diri qalmalıdır. Azca sarıkök əlavə edin, ehtiyatla qarışdırın.

1412019499_11

Qazmaq: Dərin kasaya 1 yumurta qırın, 2 x.q. xama və 4 x.q. süzülmüş düyü əlavə edin (çalışın, içinə boranı qarışmasın, yoxsa yanar), qarışdırın.

1412019465_12

İri qazanın dibinə 80 q ərinmiş yağ qoyun.

1412019497_13

Qaynara düşəndə ocağı azaldın, yumurtalı qarışığı (qazmağı) tökün, hamarlayın, qazanın qapağını örtün, 3-5 dəqiqə bişirin.

1412019455_14

1412019503_15

1412019470_16

 

Süzülmüş düyünü əlavə edin, əzmədən hamarlayın. Düyünün üstünə parça-parça kərə yağı qoyun .Qazanın qapağına təmiz, nəm dəsmal çəkin, qazanın ağzını örtün. Ya da qapağa xüsusi “papaq” geydirin. Zəif odda plovu 45 dəqiqə dəmləyin.

1412019426_17Qazmaq asan çıxsın deyə, qazanı ocaqdan götürəndə yaş dəsmalın üstünə qoyun. Boşqaba düyü çəkin, qazmağı bölüb üstünə düzün.

1412019490_19

1412019440_20

 

 

Nuş olsun!