Əsas səhifə / Manşet / Boranı aşının hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Boranı aşının hazırlanması

kk

Boranı vitaminlərlə zəngin bitkilərdən biridir.

Tərkibində В, РР, С, Е vitaminləri, yüksək miqdarda duzlar və minerallar (kalium, kalsium, dəmir, maqnezium, mis, sink, kobalt, silisium, ftor) vardır. Orqanizm tərəfindən asanlıqla həzm olunur. Ona görə də uşaq yeməkləri arasında xüsusi yer tutur.

Tərkibi:

Boranı, düyü, kərə yağı, kişmiş, soğan, duz, şəkər, su.

Hazırlanma qaydası:

Boranı aşını hazırlamaq üçün boranı kub şəklində doğranır. cnın bir hissəsi qazanın dibinə yerləşdirilir. Üzərindən fal-fal doğranmış soğan, sonra yuylub-təmizlənmiş düyü və bir qədər də kişmiş əlavə edilir.

Bunu bir daha təkrar edib ikinci qatı bitirdikdən sonra düz, bir qədər şəkər, sarıkök və təxminən düyünün üzərinə çıxa biləcək qədər su əlavə edilir. Qazan kip qapanır və boranı vam odda, suyu çəkilənə qədər bişirilir. Hazır olduqdan sonra süfrəyə verilərkən üzərinə kərə yağı əlavə edilir.