Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Boş mədəyə 4 stəkan su için və …
Bizi mobildən daha sürətli  izləyin

Boş mədəyə 4 stəkan su için və …

boş mədəyə 4 stəkan su için və....gifbb

YAPON SU müalicəsi

Yaponların  yuxudan oyanan kimi  ilk iş olaraq su içmə vərdişləri olduğunu bilirdinizmi? Çox qədim  tarixə malik olan  Yapon Su Müalicəsi bir çox xəstəliyin müalicəsində istifadə edilir. Yapon Su Müalicəsi baş ağrısı, qastrit, diabet, təzyiq, astma, qəbizlik, göz xəstəlikləri, hemoroid, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq burun boğaz xəstəlikləri, artirit, xərçəng, aybaşı nizamsızlıqları, böyrək və sidik yolları xəstəlikləri kimi olduqca ciddi bir çox xəstəliklə mübarizədə istifadə edilən təbii bir üsuldur.

Yapon Su Müalicəsinin qaydası;

  1. Dişinizi fırçalamamışdan əvvəl 640 ml (təxminən 4 stəkan) su için. Suyun floridli olmamasına diqqət edin.
  2. Dişinizi fırçalayıp ağızınızı təmizləyin amma 45 dəqiqə boyunca heç nə  yeməyin.
  3. Hər zamankı kimi səhər yeməyini yeyin.
  4. Səhər yeməyində sonra 2 saat ərzində heç nə yeməyin.
  5. Orijinal Yapon ənənələrinə görə su bir az isti olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmamalıdır. Uzaq şərqdə insanlar yemək əsnasında əsla soyuq su içmirlər. Onun yerinə isti çay təklif edirlər.

Boş mədəylə su içmə əməliyyatını nə qədər müddət etməlisiniz?

Yapon Su Müalicəsini-boş mədəylə su içmə əməliyyatını nizamlı olaraq etməniz məsləhətdir. Ancaq aşağıda göstərilən xəstəliklər üçün müəyyən müddət verilmişdir:

Təzyiq – 30 gün
Diabet – 30 gün
Qastrit – 10 gün
Qəbizlik – 10 gün
Vərəm – 90 gün
Xərçəng – 180 gün

Artrit problemi olan kəslər bu müalicəni ilk həftədə üç gün etməli, sonra  gündəlik tətbiqə keçməlidir.
Əgər səhər bu qədər böyük miqdarda su içməkdə çətinlik çəkirsinizsə, bir – iki stəkanla başlayıb bir müddət sonra 4 stəkana yüksəldə bilərsiniz. Qeyd edək ki, böyrəklərimiz saatda 800 ml – 1000 ml suyu süzə bilir. Bu səbəblə bir dəfəyə 4 stəkandan çox su içilmək bir müddət sonra böyrəklərə zərər verə bilər.

Buna da baxın

Sağlamlıq və gözəlliyin sirri bu bitkidə

Whatsapp ilə Paylaş Bu bitkini “ev həkimi” adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur. Farmasevtik …