Əsas səhifə / Əsas menu / Məqalə / Boşanmış ata-ananın övladı olmaq
Bizi mobildən daha sürətli  izləyin

Boşanmış ata-ananın övladı olmaq

Boşanmış ata-ananın övladı olmaq

bosanmis-anne-babanin-cocugu-olmak

Müəllif: Şəbnəm Sadıqova

Sual: Uşağımın terapiyaya ehtiyyacı olub-olmadığını necə bilim?
İki ildir həyat yoldaşımdan ayrı yaşayıram. Bu yaxınlarda boşandıq. Uşaqlar hər şeyi başa düşürlər. Amma valideynlərim onlara psixoloji yardım lazım olduğunu təkidlə deyirlər. Mən isə belə düşünmürəm. Amma bir tərəfdən də fikirləşirəm son günlərin gərginliyində hadisələri düzgün görməyə bilərəm.

Cavab: Bir nöqtədən baxanda hamımızın psixoterapiyaya ehtiyacımız var. Həyat yolu xəndəklərdən ibarətdir. Ayağımız düşəndə hamımızın köməyə ehtiyacı olur. Bəzən isə problem çoxluğundan daha çox yardıma ehtiyac olur.
Bəzən ayrılıq, boşanma, ölüm bizə zərbələr vura bilir. Bəzənsə ailədə kimsə ağır xəstələnəndə və ya narkoman olanda, evin çörək gətirəni işi itirəndə, valideynlər evə yeni körpə gətirəndə və ya yaşayış yerini dəyişəndə eyni hissləri keçiririk (yaşayış yerindən köçəndə uşaq çox körpə olanda çətinlik yaranır. Ya da uşaq ən yaxın dostunu görə bilməməyin üzüntüsünü yaşayarkən bir tərəfdən də yeni dostlarla münasibətdə problemləri olur).bosanma

Sizin uşaqlar əgər birlikdədirlərsə və ya köhnə dostlarını görə bilirlərsə ola bilər ki, terapiyaya ehtiyac olmasın. Lakin, adətən boşanmaları qəbul etmək uşaqlar üçün çox çətin olur.
Nə siz nə də övladlarınız bilə bilməz ki, köməyə ehtiyac var ya yox, indi ehtiyac var ya sonraya qala bilər. Bundan 20 il sonra ola biləcək digər boşanma- və ya ölüm və ya köçmək- iki qat ağır zərbə ola bilir.

Əgər uşaqlarınız tənhalığa qapılırlarsa, qəzəblidirlərsə, narahat və ya depressiyadadırlarsa və ya sakit uşağınız birdən birə dəcəl olursa, heç vaxt oynamadığı oyunlara maraq göstərməyə başlayırsa deməli terapiyaya ehtiyac var. Qəribə hərəkətlər adətən travmaya reaksiyadan doğur. Əgər hər şey uşaqların dünyası ilə üst-üstə düşürsə onlar özlərini sübut etməyə çalışırlar. Əksinə olanda kənara çəkilməyə üstünlük verirlər. Həmçinin övladlarınız dostlarına və ya yaşıdlarına qarşı çox tənqidçi və dözümsüz olurlarsa deməli onların terapiyaya ehtiyacları var. Bu o deməkdir ki, onlar özləri haqqında elə də yüksək fikirdə deyillər.

Əgər övladlarınız yeniyetmədirlərsə onların dostlarına baxaraq terapiyaya ehtiyac olub-olmadığını bilə bilərsiniz. “Yanlış əhatəsi” olan yeniyetmələr adətən terapiya üçün uyğun namizədlərdir. Çünki dost seçimi onlarda özünüqiymətləndirməyə ciddi əks təsir göstərir. Bu isə onları real təhlükəyə salır. Çünki yeniyetmələr adətən özlərini dostlarına bənzətməyə çalışırlar. Uşaqlarınız üçün terapiya seçərkən özünüz üçün də seçin. Boşanmaya qədər ailənizi bir yerdə saxlamağa çalışmısınız. Onun dağılması böyük stressdir. İndi hər şey bitib. Bəlkə həyatınızı özünüz qaydaya salmağa çalışmaqdansa yaxın 6-12 ayı terapistlə çalışasınız? Gələcəyiniz üçün bunu düşünün. Uşaqlarınızla vaxt keçirməniz və onlara pul xərcləməniz göstərəcək ki, onları sevirsiniz və valideynlərinin ayrılması ağrısından qorumağa çalışırsınız.

Terapiya vacibdir. Amma həm də düzgün terapiya daha vacibdir. Uşaqlarınız bağça yaşındadırsa onlar daha çox musiqili, incəsənət və ya teatr terapiyasına reaksiya verəcəklər. Beləcə onlar özlərini daha uyğun ifadə edə biləcəklər. Amma əgər uşaqlar böyükdürsə onlara şüurlu terapiya veriləcək və ya siz ailə terapistini onlarla görüşdürə bilərsiniz. Beləcə siz onların keçdiyi yolu daha rahat izləyə bilə, keçmişi silib ata, yeni və parlaq səhərə başlaya bilərsiniz.


shebnem

Buna da baxın

Uşaqlar üçün zərərli qidalar

Whatsapp ilə Paylaş Hamını, xüsusilə də uşaqları kalorisi yüksək olan fəstfudlardan (fast food) uzaq tutmaq …