Əsas səhifə / Əsas menu / Gözəllik / Botoks təsiri yaradan maska
Bizi mobildən daha sürətli  izləyin

Botoks təsiri yaradan maska

k

Ötən illərin təsirindənmi ya da elə mimikalara görə yaranan qırışlara çarə olaraq bir çox qadın botoksu seçir.

Bəs görəsən botoks nədir?

Botoks -Clostridium botulinum bakteriyaının toksinindən(zəhərindən) əldə edilən bir dərmandır. Çox kiçik dozalarla istifadə edilən dərman müalicə zamanı əzələlərin rahatlaması üçün faydalı hesab olunur. Həmçinin, əzələləri hərəkətsiz hala gətirərək qırışların yox edilməsində istifadə olunur.

Qırışlara qarşı bu qədər təsirli bir vasitənin təbii kök maskası ilə eyni təsirə malik olduğunu bilirdinizmi?

Qadinlarklubu.com olaraq botoksla eyni təsirə malik olan kök maskasını sizə təqdim edirik.

Tərkibi:

1 ədəd orta ölüçülü kök,

2 x.q. bal,

1/4 fincan qatıq

Hazırlanması:

Lazımi vasitələrin hamısını alın və pürə olana kimi əzin. Daha sonra dərinizə sürtün və təxminən 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz.

Qeyd edək ki, kök maskası B və E vitaminləri sayəsində yaşlanmanın qarşısnı alır və qırışların azalmasına təsir edir. Həm dərini nəmləndirir, həm də yumşaqlıq verir.

Buna da baxın

Botoks təsirli təbii maska

Whatsapp ilə Paylaş Lazım olanlar: 1 x/qaşığı kartof nişastası 5 x/qaşığı kök suyu 1 x/qaşığı …