Əsas səhifə / Əsas menu / Gözəllik / Botoksu əvəzləyən maska
Bizi mobildən daha sürətli  izləyin

Botoksu əvəzləyən maska

yu

Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk xırda əlamətini görən kimi tez onu yox etməyə çalışırlar. Buna görə də ya kosmetoloqun yanına gedib botoks etdirir, ya da bıçaq altına yatırlar. Ancaq bunsuz da üzdəki xırda qırışlardan xilas olmaq mümkündür. Qadınklubu.com dəridəki yorğunluq və yaşlılıq əlamətlərini yox edəcək nişastalı (kraxmallı) maskanı təqdim edir.

1-1.5 x/q kartof nişastası
5 x/q kök suyu
1 x/q smetan
0.5 stəkan su

Kartof nişastasını (kraxmalı) su ilə qarışdırın. Qarışımı tavaya tökün. Sonra 0.5 stəkan qaynar su əlavə edib tündləşənə kimi qaynadın. Üzərinə kök suyu və smetan əlavə edin. Yaxşı qarışdırıb soyudun.

Nazik təbəqə şəklində üzünüzə çəkib 20-25 dəqiqə gözləyin. İsti su ilə yuyub nəmləndirici vurun. Qalanını da soyuducuda saxlayın. 3 gün hər gecə ard-arda  çəkin. 1 həftə sonra yenə təkrarlayın. İstifadədən sonra dərinizə toxunduqda yumşaq olduğunu hiss edəcəksiniz.

Buna da baxın

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

Whatsapp ilə Paylaş Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. …