Əsas səhifə / Manşet / Boxça- Resept
Bizi mobildən daha sürətli  izləyin

Boxça- Resept

fa

Çayların yanında vazkeçilməz şirniyyatlardan biri də Boxçadır. Boxça həmçinin uşaqlarında sevdiyi şirniyyat növüdür.

Qadınklubu.com bu sevimli şirniyyatın hazırlanma qaydasın təqdim edir:

Xəmir üçün:

Un – 1 kq
Yumurta – 3 ədəd
Kərə yağı – 250 qr
Süd – 1 st.
Xama – 2 x.q.
Maya – ½ ç.q.

İçlik üçün:

Fındıq ləpəsi – 500 qr
Şəkər tozu – 500 qr
Hil – 1 ç.q.

Xəmirin hazırlanması:

Maya ilıq südə əlavə edilib saxlanır.
Unun ortasına yumurta, mayalı süd, əridilmiş kərə yağı, xama əlavə edilib yumşaq xəmir yoğrulur.
Hazır xəmir 1 saat isti yerdə saxlanır.

İçliyin hazırlanması:

Fındıq qovrulur, qabığı çıxarılıb üyüdülür.
Üzərinə şəkər tozu, hil əlavə olunub qarışdırılır.
Xəmir 40 qr-lıq kündələrə bölünür.
Kündə oxlovla açılır, ələ götürülüb, üzərinə 2 ç.q. içlik qoyulub boxça şəklində bükülür.
Formaya düzülüb 170 dərəcəyədək qızdırılmış sobada 25 dəqiqə bişirilir.

Buna da baxın

Şokoladlı çubuqlar

Whatsapp ilə PaylaşTərkibi: 100 qr un 2 x/qaşığı şəkər tozu 2 x/qaşığı kərə yağı 2 …