Əsas səhifə / Manşet / Boy artımını təmin edən köməkçi qidalar
Bizi mobildən daha sürətli  izləyin

Boy artımını təmin edən köməkçi qidalar

Boy uzanması hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu vasitəsilə baş verir. Ancaq bu hormonların ifrazı üçün lazımlı qida məhsulları qəbul edilməlidir. Proteinlər (zülallar) boy uzanması baxımından çox önəmlidir. Onlar sümük və qığırdaq toxumalarını gücləndirərək böyüməyə və sümük inkişafına kömək edir.

Lakin təkbaşına qəbul edilən protein boy uzanması baxımından o qədər də effektli olmaya bilər. Bunun üçün diqqətli bir şəkildə hazırlanmış pəhrizdən istifadə etməklə lazım olan proteini təbii qidalardan almaq lazımdır.

Qadinklubu.com  proteinlə zəngin olan və boy artımına kömək edən bəzi qidaları sizə təqdim edir:

D vitamini

Yaşıl yarpaqlı tərəvəzlərdə və balıqda bol miqdarda D vitamini olur.

A vitamini

Meyvələrdən qarpız, yemiş və ərikdə, tərəvəzlərdən isə pomidor, ispanaq və noxudda bol miqdarda A vitamini olur.

Süd qəbulu

Süd içmək boy uzatma baxımından tək başına yetərli olmaya bilər. Buna görə süd qəbulunu digər süd məhsulları ilə dəsdəkləmək lazımdır. Xüsusilə də pendirlə içildikdə çox faydalı olar.

Toyuq qəbulu

Toyuqda digər ət məhsullarına nisbətən daha çox protein olur. Əzələ inkiçafı üçün gündə 100qr qəbul edilməsi məsləhətdir.

Quru meyvələr

Quru meyvələr yüksək miqdarda kalsium deposudur. Süd ilə birlikdə qəbul edildikdə boy uzanmasına kömək edəcəkdir.

Soya

Bitki mənşəli qidalar içərisində ən çox proteinə sahibdir. Sümükləri inkişaf etdirir və əzələ kütləsini artırır.

Buna da baxın

Az yatanlar daha çox kökəlir – Araşdırma

Whatsapp ilə Paylaş İsveçdə yerləşən Uppsala Universitetində maraqlı bir araşdırma aparılıb. Araşdırmaya görə, gündə 5 …