Əsas səhifə / Manşet / Böyrəkləri təmizləyən qidalar
Bizi mobildən daha sürətli  izləyin

Böyrəkləri təmizləyən qidalar

Böyrəkləri təmizləyən qidalar

Qeyd: Sadalanan qidalardan istifadə etməmişdən əvvəl həkiminizlə məsləhətləşin. Böyrək xəstəliyi olan və ya digər xəstəliklərdən əziyyət çəkənlərin müalicə əsnasında qəbul etdikləri dərmanlarla reaksiyaya girərək əks təsirlər yarada bilər.

Böyrəklər bədənin arxa nahiyəsində yerləşən və bir çox funksiyanı yerinə yetirən ən önəmli orqanlardandır. Eritropoetin, renin və kalsitriol adlandırılan hormaonları ifraz edir. Hansı ki, bu hormonlar sağlığı qorumaqda çox əhəmiyyətlidir. Böyrəklər qan təzyiqini sabitləyir və qırmızı qan hüceyrələrinin artmasına kömək edir. Böyrəklər özlərini təmizliyə bilmək funksiyasına malikdirlər. Onların işini rahatlaşdırmaq üçün mümkün qədər çox maye qəbul etmək və tərkibində su çox olan meyvə tərəvəzlərlə qidalanmaq lazımdır. Qadınklubu.com lazımlı qidaların bir neçəsi ilə sizi tanış edir.

Cəfəri

  • Böyrəkləri təmizləmək üçün bir həftə ərzində bir stəkan cəfəri çayı için. Bir stəkan qayadılmış suya bir yemək qaşığı əzilmiş təzə cəfəri qatın. Stəkanın ağzını örtün və 5 dəqiqə dəmləndikdən sonra süzərək için.
  • Alernatif olaraq yarım stəkan suya ¼ fincan cəfəri suyu, bir az bal və limon suyu əlavə edərək, bir neçə həftə gündə iki dəfə içə bilərsiniz.
  • Cəfərini salatlara və yeməklərinizə də əlavə edə bilərsiniz.

Qeyd: Əgər hamiləsizsə çox cəfəri yeməyin.

Zəncirotu kökü

  • 2 çay qaşığı zəncirotununu bir fincan suda 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra 10 dəqiqə müddətində soyumasını gözləyin. Soyuduqdan sonra içinə bir az bal əlavə edib çay kimi için.

Qeyd: Bu bitki bəzi dərmanlarla reaksiyaya girdiyinə görə istifadədən əvvəl həkimlə məsləhətləşin.

Zəncəfil

  • Böyrək təmizləyən ən yaxşı vasitələrdən biri zəncəfil çayıdır. 2 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfili iki stəkan suda 10 dəqiqə qaynadın. Soyuduqdan sonra içinə bal və limon suyu əlavə edib gün ərzində iki və ya üç dəfə için.
  • Zəncəfili çiy olaraq da yemək böyrəkləriniz üçün xeyirlidir.

Sarıkök (zərdəçal)

Sarıkök böyrək iltihabının qarşısını alır və qanı təmizlər.

  • Bir stəkan ilıq suya bir çay qaşığı sarıkök (zərdəçal) suyu, yarım limon suyu və bir çimdik qara istiot (tozhalında) qaıb qarışdırın. Bir neçə həftə ərzində gündə bir dəfə için.
  • 2 stəkan qaynadılmış suya yarım çay qarşığı sarıkök tozu əlavə edib 10 dəqiqə qaynadın. Bir neçə həftə ərzində gündə bir dəfə için.

Kərəviz

  • Bir neçə həftə ərzində gündə bir dəfə kərəviz suyu için.
  • 2 kərəviz zoğunu, yarım stəkan təzə cəfəri, bir ədəd kök və xiyarı blenderdən keçirərək suyunu çıxarın. Bu sudan bir neçə həftə ərzində gündə bir dəfə için.

Gicitkən otu

  • Bir stəkan suya iki çay qaşığı qurudulmuş gicitkən otu əlavə edin. 10 dəqiqə dəmləyib daha sonra isə süzərək üzərinə bal əlavə edin. Bu bitki çayını həftə ərzində gündə iki dəfə için.

Qeyd: Bu bitki təzyiq və diabet dərmanları ilə reaksiyaya girə bildiyindən həkiminizlə məsləhətləşin.

Qatırquyruğu

  • Bir stəkan qaynar suya 2 çay qaşığı qurudulmuş qatırquyruğu otu əlavə edib 10 dəqiqə dəmləyin. Daha sonra süzərək bir həftə ərzində gündə iki və ya üç dəfə için.

Qarğıdalı saçağı

  • Bir fincana 2 çay qaşığı qurudulmuş qarğıdalı saçağı əlavə edin. Üzərinə qaynar su töküb üzərini bağlayın 15 dəqiqə dəmləyin. Süzdükdən sonra gündə iki və üç dəfə içə bilərsiniz.
  • Qarğıdalı saçağının böyrəklərinizi təmizləməsi üçün çaydan sonra su için.

Qeyd: Bu bitki bəzi dərmanlarla reaksiyaya girə bilir. İstifadədən öncə həkiminizlə məsləhətləşin.

Bunları etmək vacibdir

  • Siqaret, tütün məmulatları, sipirli və kafeyinli məhsullardan istifadə etməməyə çalışın.
  • Gün ərzində su için.
  • Artıq çəkiniz varsa arıqlamağa çalışın.
  • Qızarılmış yeməklərdən və duzdan çox istifadə etməyin.
  • Meyvə, tərvəz kimi qidalardan daha çox istifadə edin.

Buna da baxın

Böyrək sağlamlığını qoruyan qidalar

Whatsapp ilə PaylaşBöyrək sağlamlığını qoruyan qidalar Böyrəklərinizi yaxşı çalışması üçün hansı qidalardan istifadə edə bilirsinizmi? …