Əsas səhifə / Əsas menu / Sağlamlıq / Böyrəklərin təmizlənməsinin 3 ÜSULU – FAYDALI MƏSLƏHƏT
Bizi mobildən daha sürətli  izləyin

Böyrəklərin təmizlənməsinin 3 ÜSULU – FAYDALI MƏSLƏHƏT

oo

Böyrəklərin təmizlənməsinin 3 ÜSULU – FAYDALI MƏSLƏHƏT

Orqanizmin normal fəaliyyəti üçün böyrəklərin sağlam olması vacib şərtlərdən biridir. Məhz buna görə də qidalanmada, həyat tərzində böyrəklərin qayğısına vaxtlı-vaxtında qalmalı, xüsusilə isə ehtiyac duyulduqda bu orqanın təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac yaranır və hansı əlamətlər bu haqda xəbərdarlıq edir?

1. Gözlərin altında şişlər yarandıqda

2. Baş ağrıları

3. Soyuq tər ifrazı ilə müşaiyət olunan zəiflik

4. Ayaqlarda ağırlıq

5. Sidik bulanıq və tutqun olduqda

6. Ümumi fəaliyyətsizlik müşahidə edildikdə

7. Üşütmə və temperaturun yüksəlməsi

Bu əlamətlər böyrəklərin fəaliyyətindəki problemlərə işarədir və deməli böyrəklərin təmizlənməsi vacibdir. Ancaq bu da nəzərə alınmalıdır ki, yuxarıda göstərilən əlamətlərin digər xəstəliklərlə də bağlılığı olsun. Bunu daha dəqiq müəyyənləşdirmək üçün həkim müayinəsinə mütləq ehtiyac var.

Xalq təbabətində böyrəklərin təmizlənməsi ilə bağlı bir çox üsullar var.

1-ci üsul:

2 xörək qaşığı itburnu doğranılır, üzərinə 1 stəkan su əlavə edilir və bütün gecəni açıq havada saxlanılır. Səhərisi gün qaynadılır və 15 dəqiqə dəmə qoyulur. Bundan sonra soyudulur və süzülür. Gündə 5 dəfə 50 qram qəbul edilir. Kursun müddəti 10 gündür. Bu dəmləmə böyrəklərdə olan daşları parçalamağa kömək edir, ən xırda qumları belə sidik vasitəsi ilə xaric edir.

2-ci üsul:

1 stəkan qırmızı çüğündur şirəsi, 1 stəkan qara turpun şirəsi və eyni miqdarda araq qarışdırılır, 3 gün qaranlıq yedə otaq temperaturunda saxlanılır. Gün ərzində 3 dəfə 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

3-cü üsul:

1 ədəd xiyar, yarım limon, 4 saplaq kərəviz, 3 saplaq cəfəri 100 qram suda üyüdücü (blender) vasitəsi ilə qarışdırılır və qəbul edilir. Kursun müddəti 14 gündür.

Böyrəklərin təmizlənməsi orqanizmə necə təsir edir?

Orqanizmdə olan artıq maye asanlıqla xaric olunur, ürəyin fəaliyyəti normallaşır, qan dövranı yaxşılaşır, maddələr mabadiləsi tənzimlənir, piylənmə problemi azalır, qan təzyiqi normaya düşür, görmə qabiliyyəti bu təmizlənmədən faydalanır, ümumilikdə orqanizmin normal fəaliyyətinə mane olan problemlər aradan qalxır.

Böyrəklərin təmizlənmə prosedurunu həyata keçirməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Çünki böyrəklər də digər orqanlar kimi özfəaliyyət müalicəsini sevmir.

Böyrəklərinizi təmiz saxlayın və onların qayğısına vaxtlı-vaxtında qalın ki, onlar da sizə lazımınca xidmət etsin.

Buna da baxın

Sarmısağın düzgün istifadə qaydası

Whatsapp ilə Paylaş Yaxınlarda Almaniya alimləri sarımsaqla bağlı geniş araşdırma aparıblar. Alimlər sarımsağın insan orqanizminə …