Əsas səhifə / Əsas menu / Sağlamlıq / Boyu uzadan qidalar
Bizi mobildən daha sürətli  izləyin

Boyu uzadan qidalar

b q

Boyu uzadan qidalar

Artıq alimlər də etiraf edirlər ki, insanlarda cırlaşma gedir. Boyumuz getdikcə qısalır. Mütəxəssislər uzun boy üçün uşaqlıqdan düzgün qidalanmalı olduğumuzu bildirirlər. Burada əsas iş valideynlərin öhdəsinə düşür. Valideynlər uşaqlarına sağlam həyat tərzi aşılamalı, boyun uzanmasına kömək

edən basketbol, voleybol kimi idman növləri ilə məşğul olmağa təşviq etməlidirlər. Bununla yanaşı, boy uzadan ən təsirli qidaları uşaqların qida menyusuna daxil etmək lazımdır. Bəs onlar hansı qidalardır?

Tərkibində kalsium mineralı olan bütün qidalar boyu uzadır. D vitamini isə uzun və sağlam sümüklər üçün önəmlidir. Bu iki məsləhəti diqqətdə saxlayanların övladları daha uzunboylu olacaqlar.

Həmçinin, 18 yaşına kimi uşaqlar aşağıdakı qidalardan bol-bol yeyib-içməlidirlər:

Süd və süd məhsulları:

Kalsium ən çox süd və süd məhsullarında olur. Süd, qatıq, ayran, pendir yetkinlik dövründəki uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

18 yaşına kimi hər bir uşaq gün ərzində 2 stəkan süd içməli, 1 stəkan qatıq yeməlidirlər. Həmçinin, səhər yeməyində pendir yeməlidirlər. Günorta və axşam yeməyinin yanında ayran içə bilərlər.

Küncüt:

Küncüt də kalsiumla zəngindir. Onu qatıqla yemək məsləhətdir. Simit və digər un məmulatlarının üzərinə səpmək olar. Ancaq küncütü hər gün yox, həftədə 3 dəfə yemək kifayətdir. Çünki kalorisi çox olduğu üçün uşağı kökəldə bilər.

Çərəzlər:

Fındıq, fıstıq, badam və qoz kimi çərəzlər uşaqların sevdikləri qidalardandır. Bu çərəzləri qarışdırıb gündə bir ovuc yesinlər.

Dietoloq qeyd edir ki, balıq və yumurta da uşaqların boyunun uzun olmasına kömək edir.

Buna da baxın

4 saata yaranı sağaldır – Unikal metod!

Whatsapp ilə Paylaş Ballı nanə insan sağlamlığı üçün ən faydalı bitkilərdən biridir. Ballı nanənin faydalı …