Əsas səhifə / Əsas menu / Sağlamlıq / Böyürtkənin bu faydalarını bilirsinizmi?
Bizi mobildən daha sürətli  izləyin

Böyürtkənin bu faydalarını bilirsinizmi?

f

Böyürtkənin bu faydalarını bilirsinizmi?

Böyürtkən ölkəmizdə ən çox yetişən meyvələrdəndir.

Böyürtkənin tərkibindəki “siyanidin” adlı maddə xərçəng şişinin inkişafını önləyir. Həmçinin, bağırsaq xəçənginin qarşısını alır.

Böyürtkən C vitamini ilə zəngin meyvədir. Yaşlılıq əlamətlərini aradan qaldırır. Antioksidantlarla zəngin olduğu üçün immunitet sistemini gücləndirir. Tərkibindəki “antosiyanin” adlı maddələr şəkər xəstəliyinə yaxalanmaq riskini azaldır. “Pektin” maddəsi ehtiva etdiyi üçün pis xolesterinin düşməni hesab edilir. Kaliumla zəngindir. Qan təzyiqini sabitləşdirir.

Yüksək miqdarda K vitamini ehtiva edən böyürtkən xüsusilə qadınların osteoporoz (sümük əriməsi) ilə üzləşməsinin qarşısını alır. İştahı azaldır. Ona görə də ideal çəkidə qalmaq istəyənlər üçün yararlı meyvədir. Böyürtkənin kalorisi çox azdır. 1 ovuc böyürtkəndə cəmi 60 kalori var. Pəhriz saxlayanlar rahatlıqla bu meyvədən yeyə bilərlər.

Omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngin olduğu üçün sinir sistemini qoruyur, depressiyaya qarşı faydalıdır. Yaddaşı gücləndirir.

Böyürtkəni çiy halda yemək daha faydalıdır. Ancaq mürəbbəsi və kompotu da orqanizmə yaxşı təsir edir.

Buna da baxın

Turp haqqında bilmədiklərimiz

Whatsapp ilə Paylaş Turp qaraciyərə çox faydalıdır. Eyni zamanda sarılıq xəsətliyinə, böyrək və öd daşlarını …