Əsas səhifə / Manşet / Brokoli salatı
Bizi mobildən daha sürətli  izləyin

Brokoli salatı

Tərkibi:

  • 500 qr brokoli
  • 3-4 ədəd xiyar turşusu
  •  200 qr konservləşdirilmiş qarğıdalı
  • 3 ədəd közlənmiş qırmızı bibər
  • 4 kol yaşıl soğan
  • 2-3 diş sarımsaq
  • zeytun yağı
  • duz
  • 1 ədəd limon

Hazırlanması:

Brokolini kiçik hissələrə ayırıb, suda 4 dəqiqə qaynadaraq suyunu süzün. Soyuduqdan sonra kiçik parçalara ayırıb bir qaba tökün. Soğanı, bibəri, xiyarı doğrayın. Daha sonra konservləşdirilmiş qarğıdalını, közlənmiş qırmızı bibəri, soğanı, xiyar turşusunu, sarımsaq və 1 limon suyunu əlavə edərək qarışdırın. Sonda duzu və zeytun yağını əlavə edərək qarışdırın.

Nuş olsun!

Buna da baxın

Ballı və zeytun yağlı nəmləndirici üz maskası

Whatsapp ilə Paylaş Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman …