Əsas səhifə / Manşet / Bu əlamətlər varsa, mütləq test etdirin
Bizi mobildən daha sürətli  izləyin

Bu əlamətlər varsa, mütləq test etdirin

u əlamətlər varsa mütləq test etdirinMaqnezium əskikliyi əlamətləri nələrdir? Bu 6 əlamətlərin biri sizdə varsa, dərhal test etdirin. Çünki, bədəninizdəki maqnezium səviyyəsi normadan az ola bilər.

Çox insan bu əskikliyə əhəmiyyət vermir və insanlar özünün maqnezium səviyyəsinin normadan az olduğunun fərqində belə deyil. Maqnezium səviyyəsini ölçmək üçün qan testi etdirmək lazımdır. Qan testi etdirməmişdən əvvəl bədəninizdə bu 6 əlamət varsa, həkiminizə maqnezium miqdarını yoxlatdırmaq  istəyirəm deyə müraciət etməyinizdə  fayda var.

Maqnezium əskikliyinin simptomları:

Anormal göz hərəkətləri
Konvülsiyon
Yorğunluq
Əzələ spazmları
Əzələ gücsüzlüyü
Uyuşma

Maqnezium əskikliyində nə olar?

Stress: aparılan araşdırmalara görə məktəb həyatlarında tələbələr və iş həyatlarında yetkinlərin stressli və gərgin olmaqlarında maqnezium əskikliyinin böyük bir rolu vardır. Stresslə əlaqədar olaraq, tez-tez sidiyə çıxmaq və sidiklə çölə atılan maqnezium  daha çox maqnezium əskikliyinə səbəb olar.

Ürək Ritm Pozğunluğu: Maqnezium əskikliyi iştahsızlıq, ürək çarpıntıları-ürək ritim pozuqluğu, diqqət əskikliyi, mədə bağırsaq spazmı, menstruasiyadan əvvəlki gərginlik kimi problemlərə gətirib çıxarar.

İdmançılar, şəkər xəstələri, siqaret çəkənlər, spirt istifadə edənlər, hamilə və əmizdirən qadınların magneziuma ehtiyacları başqlarına nisbətən daha yüksəkdir. Maqnezium əskikliyində məşq nəticəsində tez yorulmaq, ağır əzələ spazmı və spazmlar görülə bilər. Bəzi araşdırmalara görə  çox nisbətdə maqnezium itkisinin və maqnezium çatışmazlığının ani idmançı ölümlərinə səbəb ola bilər.

Gündəlik Maqnezium Ehtiyacı Nə Qədər olmalıdır?

Dünya Sağlamlıq Təşkilatı (WHO) və Alman Qidalanma Birliyinə (DGE) görə gündəlik maqnezium ehtiyacı 300 mg`dir.

Buna da baxın

Dəmir əskikliyinin əlamətləri

Whatsapp ilə Paylaş Bədənin dəmir mineralına olan ehtiyacının artması və ya qidalardan lazımı qədər dəmirin …