Əsas səhifə / Manşet / Bu ərzaqlarda şəkər var
Bizi mobildən daha sürətli  izləyin

Bu ərzaqlarda şəkər var

qüe

Makaron sousları

Şirin ya da duzlu olaraq hazırlayacağınız makaron souslarının tərkibinə, yarım fincana 6-12 qram şəkər daxildir. Amerika Ürək Dərnəyi, qadınların gündə 6 çay qaşığı şəkər istehlak edərək ən çox 100 kalori; kişilərin isə təxminən 9 çay qaşığı şəkər istehlak edərək ən çox 150 kalori qəbul etməyini məsləhət görür. Həddindən artıq şəkər, artıq çəkilərə yol açır.

Qatıq

Kalsium və zülal qaynağı qatıq, içərisinə şirinləşdirmək üçün qarışdırdığınız ərzaqlar ilə birlikdə, gizli şəkər mənbəyi ola bilər.

Salat sousu

Şirin salat souslarına təxminən 5-7 qram şəkər daxildir. Bunun yerinə tərkibində təxminən 1 qram şəkər olan edən evdə hazırlanan sirkə və yağ sousu qarışımdan istifadə etmək daha məqsədə uyğundur.

Səhər yeməyi

Xüsusilə ağ çörəyin tərkibində 10-20 qram şəkər mövcuddur. “Naharda çörəkdən imtina edə bilmərəm” deyənlərdənsinizsə, buğda ya da kəpək unundan hazırlanan çörəkləri seçə bilərsiniz.

Enerji içkiləri

Kafein tərkibi ilə enerji artırma xüsusiyyətinə sahib olan enerji içkilərinin, bir porsionunda 25 qram şəkər olduğunu bilirdiniz?

Qablaşdırılmış meyvə suları

Hazır meyvə sularında porsion başına təxminən 15 qram şəkər daxildir. Bu səbəblə əgər meyvə suyu istəyirsinizsə, meyvə yeyin, ya da özünüzün hazırladığı meyvə suyunu için.

Çay

Limon ətirli buzlu çay sevənlərdənsinizsə, bu qərarınızı bir daha nəzərdən keçirməyinizdə fayda var. Çünki bir şüşə buzlu çay, təxminən 32 qram şəkər ehtiva edir. Bunun yerinə şəkərsiz, bitki çaylarından istifadə edin.

Qurudulmuş meyvə

Təzə meyvənin bütün suyu alındığı üçün qurudulmuş meyvədəki şəkər, həcmcə təzə meyvədən daha çoxdur. Buna görə də, meyvənin təzəsini yeməyiniz məsləhətdir.

Ketçup

Bir xörək qaşığında, təxminən 4 qram şəkər ehtiva edən ketçup, hamburgerlə birlikdə sizin üçün ciddi bir şəkər mənbəyidir.

Buna da baxın

Cildə düşmən qidalar

Whatsapp ilə Paylaş Yağ Xüsusilə sağlamlığa faydalı olmayan yağlardan(marqarin) istifadə etməmək, dəri sağlamlığı üçün təməl …