Əsas səhifə / Əsas menu / Evlilik / Bu 6 kişi tipindən uzaq durun
Bizi mobildən daha sürətli  izləyin

Bu 6 kişi tipindən uzaq durun

tippp

Qızlar, əgər gələcəyiniz üçün xoşbəxt və sağlam bir münasibət istəyirsinizsə, bu yazını mütləq oxuyun. Qadinklubu.com sizə uzaq durmalı olduğunuz kişilərin xarakterik xüsusiyyətlərini təqdim edir:

Şorgöz kişi

Bu tip kişilər havada uçan dişi milçəyə də baxar. Əgər bir alış-veriş mərkəzinə getmisinizsə, onun diqqətini qapıdakı güvənlikdən tutmuş, mağazadakı kassir xanım belə çəkəcək. Uzaq durun. Belə kişilər sizin özününüzə olan güvəninizi məhv edər və sizi hər zaman şübhə içində hiss etdirər.

Həddindən artıq rahat olanlar

Heç ölməyəcəkmiş kimi yaşayan, özünü hələ də 16 yaşında hiss edib, iş axtarmayan, bütün gün gəzib-dolaşan, axşam yatmaq, səhər oyanmaq bilməyən bu kişilərə ümid bağlamağa dəyməz. Adətən anasına bağlı olan belə kişilər, sizdən də eyni qayğı və nəvazişi gözləyəcəklər. Bu da sizi dəyərsiz hiss etdirəcək. Axı sizin də qayğıya ehtiyacınız var.

Bu adam hər zaman “haqlıdır”

Özündən çox razı olan bu təkəbbürlü kişilər, sanki sizə özünüzə inamı sınamaq üçün dünyaya gəliblər. Onlara deyiləcək bircə ifadə var. O da “Yaxşı yol!”

Bütün gün nəzarətdə tutanlar

Həyatdakı tək dərdi hər şeyi nəzarət altında saxlamaq olan bu tip kişilərin ən böyük problemləri, sizin ətəyinizin uzunluğu, ətrafınızdakı kişilərin sizə baxıb-baxmaması, evə neçədə gəldiyiniz və s. kimi məsələrdir. Əgər bir yerə onsuz getmisinizsə:

  • 15 dəqiqədən bir zəng edəcək
  • Hər zəngdə ard-arda suallar verəcək
  • Bütün danışıqların ortaq nöqtəsi şübhəçi səs tonudur
  • “Hardasan?”, “Nə edirsən?”, “Kimləsən?” kimi suallar sizi canınızdan bezdirəcək

Cavab verməyin. Sakitcə telefonu kənara qoyun, o kişidən uzaqlaşın.

Mənim kefim necə istəyir, elə olmalıdır

Belə kişilər öz istəklərindən başqa heç nəyə önəm verməzlər. Hər şeyin ən yaxşısını onlar bilir, onlar seçir. Sizin fikirlərinizin, hisslərinizin onlar üçün bir anlamı yoxdur.

Həddindən artıq mükəmməl olanlar

Cazibədar baxışları, əzələli bədəni, qüsursuz xarakteri ilə sizi özünə heyran edəcəyi doğrudur. Sizə hər baxdığında, yenidən aşiq olursunuz. Lakin inanmayın! Bunlar hamısı oyundur. Çünki, belə bir kişi hələ dünyaya gəlməyib.

Mükəmməl kişi yoxdur. Mükəmməliyyətçi kişi vardır.

 

Buna da baxın

Qadınlar necə bir kişiylə xoşbəxt olar? – Bürclərə görə

Whatsapp ilə Paylaş Qadınlar bürclərinə görə, kişilərdə ən çox hansı cəhətlərə diqqət edirlər? Qadinklubu.com təqdim …