Əsas səhifə / Əsas menu / Xəbər / Bu adam başının kəsilməsinə razı oldu – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Bu adam başının kəsilməsinə razı oldu – FOTO

bast

Bu adam başının kəsilməsinə razı oldu – FOTO

İnsan başını başqa bir bədənə köçürə biləcəyini iddia edən italyan cərrah Sergio Kanavero bunun üçün artıq könüllü də tapıb.

Əməliyyat üçün könüllü olan 30 yaşlı rus Valeri Spiridonovla danışıqlar da başlayıb. Bədən əzələlərinin fəaliyyətsizliyi səbəbindən əlil arabasında gəzən Valeri kompüter mühəndisi işləyir.

O, baş əməliyyatına hələ ötən aylarda razılıq verməklə bütün dünyanın gündəminə çevrilmişdi. Valeri həkimi ilə tanış olmaq üçün Nyu-Yorka yola düşməyə hazırlaşır.

Elm dünyasını belə bir əməliyyatın mümkün olacağına inandırmaq üçün həkimlə pasiyent icazə sənədi almalıdırlar. Gələn il gerçəkləşdirilməsi planlaşdırılan nəqletmə əməliyyatı ABŞ-da aparılacaq.

36 saat davam edəcək prosesin 11 milyon dollara başa gəlməsi gözlənilir. Qəribəsi odur ki, bu əməliyyat üçün lazım olan maliyyə hələ də tapılmayıb.

Pul toplanarsa, 150 nəfər həkimin iştirakı ilə tibb elmində ilk dəfə bir insanın başı başqa bir bədənə köçürüləcək.