Əsas səhifə / Manşet / “Bu bizik”də daha bir maraqlı səmimi söhbət
Bizi mobildən daha sürətli  izləyin

“Bu bizik”də daha bir maraqlı səmimi söhbət

2

Bu bizik proqramının aparıcısı Fərqanə Gülağa qızı bu dəfə tanınmış müğənni Qədir Qızılsəs və yazıçılar birliyinin üzvi şair Zahir Abbasla olduqca səmimi söhbətləri ilə tamaşaçılarına olduqca pozitiv bir axşam yaşatmışdır.

Tamaşaçılarn çoxsaylı xahişi ilə dəvət olunmuş qonaqlarla olduqca səmimi söhbət edilmiş, bir sıra mövzulara toxunulmuşdur. Tanınmış müğənni Qədir Qızılsəsin həyat və yaradıcılığı haqqında maraqlı söhbətlər aparılmış. Belə ki, Qədir Qızılsəs 1979 cu- ildən fəaliyyətə başlayaraq bugünə kimi bir sıra albom və musiqilərin ifaçısı kimi sevilmişdir. Müğənni proqramda “Unuda bilmədim”, “Söylə” , “Möhtacam” və.s musiqilərini səsləndirmişdir.

Eyni zamanda proqramda qonaq olan Zahir Abbasın da yaradıcılığı haqqında bəzi məqamlara toxunulmuşdur. Qeyd edək ki, Zahir Abbas İqtisadiyyat unuversitetini bitirsə də öz arzularının arxasınca gedərək, bu sahəni inkişaf etdirərək, gözəl şeirləri ilə milyonların könlünü fəth etmişdir.

Şair və bəstəkar kimi tanınan Zahir Abbas proqramda bir-birindən mənalı şeirlərini ifa edərək dinləyicilərin könlünü oxşamışdır. Qeyd edək ki, Zahir Abbas 1978 ci ildə Laçın rayonunda doğulmuşdur. Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini bitirmişdir. 8 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən “Sarışınım” (Nazpəri Dostəliyeva), “Bu gecə yurduma qayıdacağam” (Məhəbbət Kazımov), “Əllərin əlimə dəymir nə vaxtdır” (Baloğlan Əşrəfov), “Yuxuma gəl” (Zülfiyyə Xanbabayeva), “Quzu kəsərəm” (Rəhim Rəhimli), “Tələsmə hələ” (Zeynəb Xanlarova), “Unuda bilmədim” (Qədir Qızılsəs), “Ömrümüzün bu çağında” (Brilyant Dadaşova), “Əzizim” (İlhamə Quliyeva), “Getmisən” (Nadir Qafarzadə), “Bacara bilmirəm” (İ. Fərhadoğlu), “Hansını sevim görən” (E. Hüseynov)”O mənəm”(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri fərmanla”, ADTGT tərəfindən “Fəxri diplom”la təltif edilmişdir. 2008-ci ildə “V&V Company” tərəfindən “Söz yazarı” və 2012-ci ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

4

3

1