Əsas səhifə / Manşet / Bu cümlələri işlətməyin!
Bizi mobildən daha sürətli  izləyin

Bu cümlələri işlətməyin!

cummm

Qadın və kişi münasibətlərinin təhlili üçün aparılan bir araşdırma zamanı, insanlar arasında qarşı cinsdən eşitməkdən bezdikləri söz və ifadələr barədə sorğu aparılıb. Anketə 2925 kişi və 2673 qadın qatılıb.

Qadinklubu.com-un məlumatına görə, sorğu nəticəsində məlum olub ki, kişilərin ən bezdirici cümlələri arasında, birinci yeri “Zamana buraxaq” “Gedişatına buraxaq” tip cümlələrdir.

Qadınların tez-tez istifadə etdiyi və kişiləri özündən çıxaran cümlə isə “Heç nə olmayıb”dır.

Kişilərin ən nifrət olunan cümlələrindən biri də “Qadınlar pul düşkünüdür” fikridir. Eyni zamanda, “Sevgiyə inanmıram”, “Hazır deyiləm..”, “Evlilik çox mənasızdır” cümlələri də qadınlara çox mənasız gəlir.

Qadınlar bu cümlələri işlədəndə isə, kişilər çox əsəbiləşir: “Niyə mesajıma gec cavab verdin?”, “Məni artıq sevmirsən?”, “Niyə o qızın şəklini bəyəndin, aranızda nəsə var?”

Anketə qatılan qadınlar bu cümlələri eşitmək istəmir: “Adını qoymayaq”, “Whatsappın var?”, “O dəqiqə əsəbləşmə..”, “Səndən əvvəl heç kimi sevməmişəm”..  

Kişilər isə, bu cümlələrin artıq bezdirici olduğunu düşünür: “Məndən sıxılmısan?”, “Niyə mənə gül almırsan?”, “Başqa qızlara baxmağı bilirsən amma..”

Kişilər qadınların sadəcə “ok” deməklərinə də nifrət edir.

Son olaraq, qadınlarda allergiya yaradan cümlələr belədir: “Səni incitmək istəmirəm”, “Sən xəstəsən, özündən çıxarırsan bunları”, “Nəysə.. haqlısan”, “Oğlan səsi gəlir. Hardasan?”