Əsas səhifə / Əsas menu / Xəbər / Bu dəhşət barədə siz də oxuyun!
Bizi mobildən daha sürətli  izləyin

Bu dəhşət barədə siz də oxuyun!

Bu dəhşət barədə siz də oxuyun!

Bu dəhşət barədə siz də oxuyun

Surrey Universitetinin Mikrobiologiya fakultəsində aparılan araşdırmada mobil telefonla əlaqədar qorxulu həqiqət aşkarlanıb

Surrey Universitetinin Mikrobiologiya fakultəsində aparılan araşdırmada mobil telefonla əlaqədar qorxulu həqiqət aşkarlanıb.

Cibimizdə, çantamızda və mütəmadi olaraq əlimizdə gəzdirdiyimiz mobil telefonlarda tualetdə rast gəlinən bakteriyalardan 18 dəfə daha artıq bakteriya tapılıb.

Araşdırma aparan tələbələr də bakteriyaları laboratoriyalarda istehsal ediblər. Təcrübə zamanı mobil telefonunu bakteriya yaradan qablara qoyan tələbələr 3 gün sonra bu qəribə varlıqları nümayiş etdiriblər.

Araşdırmanı aparan Simon Park deyir ki, mobil telefonlar bizim şəxsi izlərimizi də daşıyır. Yəni, yeyib-içdiklərimizi də hər hansı bir formada telefonumuza bulayırıq.

Şəkli çəkilən bakteriyalar böyüdülərək belə qəribə görüntülər üzə çıxır.

Bu bakteriyaların hamısı pis görünsə də zərərli deyil. Ancaq Staphylococcus aureus kimi bəzi təhlükəli bakterialarla da rastlaşa bilərik. Bu bakteriyalar “Xəstəxana infeksiyası” olaraq adlanır.

Mobil telefonlarda olan bu qədər bakteriyanı təmizləmək üçün yaş dəsmaldan istifadə etmək məsləhət görülür. Bakteriyaların çoxu telefona əllərimizdən keçdiyi üçün, telefonumuzu başqasının verməməyimiz də məsləhətlidir.

Bunlara diqqət etsək, yoluxa biləcək bir mikrob təhlükəsindən qoruna bilərik.


publika.az

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …