Əsas səhifə / Əsas menu / Video / Bu gecə Elnur Hüseynov 24-cü olacaq – Video
Bizi mobildən daha sürətli  izləyin

Bu gecə Elnur Hüseynov 24-cü olacaq – Video

eBu gecə Elnur Hüseynov 24-cü olacaq – Video

Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov bu axşam səhnəyə iyirmi dördüncü nömrə altında çıxacaq.

Məlumata görə, Elnur Hüseynov “Hour of the wolf” mahnısını təqdim edəcək.

Təmsilçimizin səhnə performansında sevgi duyğularında yaranan dəyişikliklər, hər qəlbin mübarizə aparmağa layiq olduğu təcəssüm olunur. Şou insanları bir-birinə, eləcə də ətrafdakılara həssas yanaşmağa səsləyir. Elnur Hüseynovun ifası rəqqasların fərqli çıxışı ilə müşayiət edilir.

Qeyd edək ki, Elnur Hüseynov ikinci yarımfinal konsertində 11-ci nömrə aıtında səhnəyə çıxmışdı.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.



Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …