Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bu geyimlər sağlamlığa zərər verir
Bizi mobildən daha sürətli  izləyin

Bu geyimlər sağlamlığa zərər verir

o

Bu geyimlər sağlamlığa zərər verir

Sağlamlığa zərər verən geyimlər hansilardı bilirsiniz? Qadınklubu.com sizə həmin geyimlərin siyahısını təqdim edir.

Qələm ətək

Qələm ətək dizləri bir-birinə yaxınlaşdırdığından bədən tarazlığını qoruyaraq yeriməyə çalışmaq çətindir. Dizlərin hərəkət qabiliyyəti azaldığından bu vəziyyət zamanla əzələlərin yığılmasına, hətta disklərdə problemlərə yol açır.

Ağır boyunbağılar

Boyun əzələləri, vətərlər və oynaqlar 4.5-5.5 kq. çəkidə başı daşımaq qabiliyyətinə malikdir. Ancaq boyuna həddindən artıq boyunbağılar taxmaq boyundakı təbii tarazlığı pozur. Bu da boyun tutulmasına, ağrı və boyun əyriliklərinə gətirib çıxarır.

Bədəni yığan korsetlər

Lukra və ya elastik deyilsə, paltarların altından geyilən dar korsetlər rahat nəfəs almağa mane olur və hərəkət qabiliyyətini məhdudlaşdırdırır, onurğanın rahat hərəkət etməsinə imkan vermir. Mütəmadi olaraq korset taxdıqda beldə və onurğa sümüklərində qalıcı zərərlər yaradır.

Hündürdaban ayaqqabı

Həm ayaq, həm də kürək sağlamlığını təhlükəyə atır. Baş barmaqda çıxıntı və döyənəyə səbəb olduğu kimi, baldır əzələlərinin qısalmasına da gətirib çıxarır. Üstəlik, qan dövranını pozur. Diz ağrıları da məhz mütəmadi olaraq yüksək dabanlı ayaqqabı geyinəndə intensivləşir.

Boyundan bağlanan köynəklər

Bikini, paltar və ya alt paltarlarının boyundan bağlanan modelləri də sağlamlıq üçün təhlükə mənbəyidir. Çünki onlar da eynilə ağır boyunbağılar kimi, boyun, çiyin və kürək sümüklərinə təzyiq göstərir.

Dar büstqalterlər

Xüsusilə, böyük sinəli qadınlar incə asqılı lifçiklər taxmamalıdır. Əks təqdirdə, çiyinlərdə həm fiziki, həm də bioloji problemlərin yaranmasına yol açır.

Dar cinslər

Həm bel, həm bud, həm də baldırları sıxan dar cins şalvarlar yerişi pozur, oynaqlarda isə kəskin ağrılara səbəb olur.

Böyük çantalar

Hətta dirsəkdə saxladığınız böyük çantalar da onurğada zamanla əyriliyə səbəb olur. Qaməti pozur, çiyin, kürək və boyun sağlamlığı üçün təhlükəlidir.

Buna da baxın

Ayaq qoxusundan xilas olmaq üsulları

Whatsapp ilə PaylaşAyaq qoxusundan xilas olmaq üsulları Ən çox istifadə edilən orqanlarımızdan biri olan ayaqlar, …