Əsas səhifə / Əsas menu / Xəbər / Bu gün kompüterlərinizi 5 dəqiqə söndürün – XƏBƏRDARLIQ
Bizi mobildən daha sürətli  izləyin

Bu gün kompüterlərinizi 5 dəqiqə söndürün – XƏBƏRDARLIQ

internet_2212Bu gün kompüterlərinizi 5 dəqiqə söndürün – XƏBƏRDARLIQ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib.

Bu gün saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

Mərkəzin xəbərdarlığında deyilir: “Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məhşur veb-saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdı. Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu vaxtı atom saatına əsasən tənzimləyir. Nəticədə vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə yanlışlıq kimi anlayaraq öz fəaliyyətini dayandıra bilərlər.

Bununla bağlı mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədilə bu gün saat 23:58-də 5 dəqiqə müddət ərzində kompüterləri söndürməyi tövsiyə edir”.

Buna da baxın

Qucağa, sığala, tumara, ailəyə həsrət qoyan bəla

Whatsapp ilə PaylaşQucağa, sığala, tumara, ailəyə həsrət qoyan bəla İlk baxışdan müsbət cəhətləri ilə cəlb …