Əsas səhifə / Uncategorized / Bu gün Leyla Əliyevanın ad günüdür
Bizi mobildən daha sürətli  izləyin

Bu gün Leyla Əliyevanın ad günüdür

11666215_443851275817981_2351544929669158401_nBu gün Leyla Əliyevanın ad günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1985-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib. Bu yaxınlarda isə cütlüyün özü qarşılıqlı anlaşma şəraitində ailə münasibətlərinə son verdiklərini, ancaq dost olaraq qaldıqlarını bəyan ediblər.

Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

11707486_443851299151312_6731897457466530465_n

Buna da baxın

Leyla Əliyevadan maraqlı fotolar

Whatsapp ilə PaylaşLeyla Əliyevadan maraqlı fotolar Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla …