Əsas səhifə / Əsas menu / Xəbər / Bu günün hava proqnozu
Bizi mobildən daha sürətli  izləyin

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Noyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 7-9°, gündüz 11-13° isti, Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 0-4° isti, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperaturun gecə 2-6°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 2-6°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 7-11°, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


AzərTAc