Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bu içkilərə diqqət!
Bizi mobildən daha sürətli  izləyin

Bu içkilərə diqqət!

naBu içkilərə diqqət!

Bəzi içkilər var ki həm şəfalı həm də arıqlmağa kömək edir. Ancaq içkilərin miqdarı və tərkibi son dərəcə əhəmiyyətlidir.

Çay:

Ölkəmizdə ən çox seçilən içki olan çay konsentrasiyası artırmaqla bərabər gərginliyi azaldır. İmmunitet sistemini gücləndirən çay eyni zamanda dəri sağlamlığı içində əhəmiyyətli bir içkidir. Böyrəklərin daha yaxşı işini təmin edir, bağırsaq sistemində problem yaşayan kəslər içində yaxşı bir seçimdir. Bir fincan şəkərsiz çay ortalama 1 kalori ətrafındadır. Çox içmək də olmaz

Pomidor suyu:

İçərisində C və E vitaminin olması səbəbi ilə yaxşı bir antioksidandır. İmmunitet sistemini gücləndirən pomidor suyunun xərçəngə qarşı bədəninizi qoruyucu təsiri vardır. Ürək xəstəliklərinə qarşı bədəni qoruyan likopen adı verilən maddə pomidor suyunun içərisində yerləşir. Ayrıca likopen sonsuz kişilərdə sperma sıxlığını və keyfiyyətini artırır. 1 su stəkanı pomidor suyu ortalama 29 kaloridir.

Sadə qəhvə:

Qara və yaşıl çay kimi antioksidan ehtiva edən qəhvənin xərçəngə qarşı qoruyucu təsiri var. Konsentrasiya problemi olan və ya baş ağrısı çəkən insanları sağaldır. Hər yemək və içkinin çoxu zərərli olduğu kimi qəhvədə də eyni vəziyyət söz mövzusudur. Ürək ritminin pozulmasına və taxikardiyaya səbəb olan çox miqdarda qəhvə içmək ayrıca stressə də səbəb olur. Xüsusilə ürək narahatlığınız varsa bu vəziyyətə daha çox diqqət etmək məcburiyyətindəsiniz. 1 fincan sadə qəhvə 5 kaloridir.

Alma suyu:

İndiki vaxtda təzə sıxılmış, yüzdə yüz meyvə suyu və hazır meyvə suyu olaraq seçim edilən alma suyu kalium məzmunu yüksək olması ilə birlikdə qüvvətli antioksidan xüsusiyyətinə malikdir. müəyyən polifenoller olduğunu göstərmişdir.

Mineral su:

Əgər yüksək təzyiq probleminiz yoxdursa ən sağlam içkilərdən biridir. Bədəndə azalan mineralların bərpasında işə yarayır. Kalorisi yoxdur. Lakin yaz aylarında gündə iki dənə, qış aylarında bir dənə içilməsi kifayətdir.

Meyvəli soda:

Son zamanlarda çox tez seçim edilən içkilərdən biri olan meyvəli sodanın mineral su kimi kimi düşünülməsi doğru deyil. Çünki bir şüşəsi ortalama 45 kaloridir. Turşulu içkilərdən bir fərqli olmaması səbəbi ilə mümkün qədər içməkdən qaçınılmalıdır.


Buna da baxın

Asmaya təbii dərman alma suyu

Whatsapp ilə PaylaşAsmaya təbii dərman alma suyu Dünyada ən sıx rast gəlinən xroniki xəstəliklərdən birinin …