Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Bu içkilərlə artıq yağların əriməsini sürətləndirin
Bizi mobildən daha sürətli  izləyin

Bu içkilərlə artıq yağların əriməsini sürətləndirin

Bu içkilərlə artıq yağların əriməsini sürətləndirin

Yağların əriməsi maddələr mübadiləsi sürəti ilə paralel olaraq fəaliyyətdədir. Maddələr mübadiləsi daha aşağı olan qadınlarda yağların əriməsi daha çətindir. Təbii yollarla hazırlanmış bədəndəki yağları əridən içkilər ilə istənməyən yağlardan xilas olaraq, daha cazibədar bir bədənə sahib ola biləcəksiniz. Yağlar nizamsız və sağlamlığa ziyan verən hazır qidalarla qidalanmaq, eyni zamanda idman etmədən, oturaq həyat tərzi keçirdən insanlarda daha çox müşahidə edilir. Orqanizmdəki artıq yağların əridilməsi üçün təbii və evdəki ərzaqlarla hazırlanan içki təriflərini qadınklubu.com sizə təqdim edir.

Lazım olan ərzaqlar:

2 yemək qaşığı bal
2 ədəd qreypfrut
4 damla nanə yağı və ya 1 yemək qaşığı quru nanə
2 ədəd limon
4 stəkan su
Hazırlanması: Qreypfurt və limonu qabıqları ilə birlikdə dörd hissəyə bölüb üzərinə dörd stəkan su əlavə edərək, 10 dəqiqə müddətində qaynadın. Qaynadıqdan sonra soyumağını gözləyin və daha sonra isə süzün. Süzdükdən sonra üzərinə nanə yağını və balı əlavə edin. Bu çayı gündə 3 dəfə yeməkdən sonra için. Çox qısa müddət sonra müsbət nəticələr əldə edəcəksiniz.

Lazım olan ərzaqlar:

1 çimdik ada çayı
1 çimdik tərxun
1 çimdik quru cökə yarpaqları
1 ədəd rəndələnmiş limon qabığı
1 çay qaşığı mixək
Hazırlanması: Əvvəlcə bütün vəsaitləri şüşə bir çaydana qoyub, üzərinə 2 stəkan su əlavə edərək bir müddət gözləyin. Dəmləndikdən sonra yemək yeməzdən yarım saat əvvəl için.

Lazım olan ərzaqlar:

1 ədəd limon
1 çay qaşığı üyüdülmüş qara bibər
1 ədəd qreypfrut
1 çay qaşığı mixək
2 ədəd alma
1 az darçın

Hazırlanması: Qreypfrut, alma və limonu 4 hissəyə bölün və bir qaba töküb, üzərinə 3 litr su əlavə edərək qaynadın. Yemək yeməzdən yarım saat əvvəl 1 stəkan için. Gündə 3 dəfə içmək lazımdır. Çox qısa bir müddətdə təsirini görəcəksiniz.
Tamamilə təbii yollarla hazırlayacağınız bu yağ yandırıcı çaylardan istifadə edərək çox qısa bir müddətdə istədiyiniz kimi bir bədənə sahib ola bilərsiniz.