Əsas səhifə / Manşet / Bu iki qadın arıqlamaq üçün içdikləri dərmandan öldülər – BAKIDA
Bizi mobildən daha sürətli  izləyin

Bu iki qadın arıqlamaq üçün içdikləri dərmandan öldülər – BAKIDA

qaddd

Qadınlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Son zamanlar onlar daha asan bir üsul seçiblər. Həmin üsulla arıqlamaq asan olsa da, qadınların həyatları bahasına başa gələ bilər. Qadınlar arıqlamaq üçün xususi həblərdən istifadə edirlər.

Qadınklubu.com kriminal.az-a istinadən bildirir ki, Bakıda dərman qəbul etməklə arıqlamaq istəyən iki yaxın rəfiqə həyatları ilə vidalaşmalı olub.

Hər iki qadın arıqlamaq üçün Tengda Plus dərmanından istifadə edib. Qadınlardan biri Cəmilə İsmayılovadır. Onun rəfiqəsinin adını isə Lalədir. İlk olaraq Lalə dünyasını dəyişib. Bir neçə gün sonra isə C.İsmayılova dərmanın qurbanı olub. Hətta C.İsmayılova rəfiqəsi öləndən sonra öz ”facebook” səhifəsində profil şəkli kimi rəfiqəsinin fotosunu yerləşdirib. Lakin vaxtsız ölüm onu haqladığından profil şəkli olaraq hələ də rəfiqəsinin fotosu qalıb.

Mərhumların yaxınları ilə əlaqə saxlamaq mümkün olmasa da, rəfiqələri onların məhz arıqlama dərmanından öldüklərini təsdiqlədilər.

Buna da baxın

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər – VİDEO

Whatsapp ilə PaylaşAzərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər – VİDEO Azərbaycanda əhali arasında ölümün …